• 22 Dekabr 2024

Hicab taxmaq, yoxsa taxmamaq günahdı?

Hicab taxmaq, yoxsa taxmamaq günahdı? Hicab taxıb sonradan fikrim dəyişsə, bir müddət sonra onu aça bilərəmmi? Hicab taxan bir qadın dinə görə hansı qaydalara riayət etməlidir?

 

 Hicab taxmaq Allahın əmridir. Müsəlman qadına hicab taxmaq fərzdir. Hər bir müsəlman qadın, qız hicab taxmalıdır. Bu barədə Quranda belə buyurulur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)” (ən-Nur, 31).

Qadının örtülü olmasının əmr edilməsinin hikmətlərindən biri də onun şərəf və iffətini qorunması üçündür. Hicab Allahın əmri olduğuna görə, onu taxmayan qadın, qız günahkardır və buna görə də qiyamət günü Allahın hüzurunda hesab verməli olacaqdır. Hicablı qadın və ya qız isə Allahın əmrini yerinə yetirdiyinə görə, həm savab qazanacaq, həm də qiyamət günü imtahanlarından birini vermiş olacaqdır. Hicab taxan şəxsin daha sonra fikrini dəyişdirib hicabı tərk etməsi daha böyük günahdır. Belə ki, burada həm hicab taxmamaq, həm də taxdıqdan sonra yenidən çıxarmaqla Allahın əmrinə əhəmiyyət verməmənin günahı əlavə olunacaq.

Hicab taxan qadının riayət etməsi lazım olan qaydalara gəlincə, deməliyik ki, burada hər hansı xüsusi bir qayda yoxdur. Ədəbli, tərbiyəli, dürüst və s. bütün müsbət keyfiyyətlər hicab taxıb-taxmamasından asılı olmayaraq, bütün qızlarımızın və qadınlarımızın xüsusiyyəti olmalıdır. Təbii ki, hicab taxan qadın xarici görkəmi ilə də müsəlman qadını, qızı təmsil etdiyinə görə, öz hərəkətlərində, yaşayışında, insanlarla münasibətində daha diqqətli davranmalı, məsuliyyətli olmalıdır.

Read Previous

Aprel 2012

Read Next

SOYQIRIM

5 Comments

  • ALLAH razı olsun sizlərdən. Ne yaxşı ki bu sayt var. Her yeni məlumatları həvəslə oxuyuram. Və həyatıma tədbiq etməyə çalışıram. Belə işlərdə bütün əməyi keçən insanlardan ALLAH razı olsun. Amin.

  • Allah cümləmizdən razı olsun! Məqsədimiz də elə budur. Sizin kimi qardaşlar oxuyub faydalansın. Əgər bu saytdan bir nəfər belə faydalanırsa demək ki məqsəd hasil olur inşallah. Yuxarıda etdiyiniz dualara mən də amin deyirəm. Bu saytın ərsəyə gəlməsində Əflatun Məmmədovun xüsusi əməyi var. Bunun üçün Əflatun bəyə xüsusiylə təşəkkür və dua edirəm.
    Saytımızın daha da zənginləşməsi üçün dularınızı əsirgəməyin.

  • İNŞALLAH. ALLAH razI olsun. Amin.

  • Men qadin taniyiram ki,hicab geyinir amma namaza zamani yoxdur..bunu nece basha dushmek olar? hansi sebeb onun namaz qilmamaqina sebeb ola biler.ve o namazi qilmirsa onun hicab geyinmeyi duzdurmu?(evveller namaz qilib)

  • Əssələmu aleykum. Əsasən namaz qılıb hicab geyinməyən qadınların çox olduğunu bilirəm. Demək ki, az da olsa əksinə olanlar da varmış. Hicab geyinmək də fərzdir namaz qılmaq da. Bəhs etdiyiniz bu qadın fərzin birini yerini yetirir digərinə deyil. Namaz qılmırsa hicab da geyinməsi düzgün deyildir anlayışı doğru deyildir. Heç olmasa İslamın digər bir əmri olan hicaba riayət edir. Ancaq bu yetərli deyildir namaz da qılmalıdır. Çünki namaz da dinin dirəyidir. s.aleykum

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.