Türkiyədə namizədliyini verəcək 60 qadının yarısı baş örtüklü olacaq.
Türkiyə prezidentinin qızı Sümayə Ərdoğanın iyunda ümumi seçkilərdə namizədliyini verəcəyi barədə məlumat ölkə mətbuatının gündəmini təşkil edib və yeni iddialara yol açıb.
“Hurriyet Daily News” qəzeti yazır ki, Süməyə Ərdoğanın deputat olacağı real görünür, ancaq məlumatlara görə, hələlik ailəsi qərarını verməyib. Bu seçkidən sonra hakim Ədalət və İnkişaf Partiyasında (AKP) hicablı deputat qadınların sayı artacaq. Namizədliyini verməyi planlaşdıran 60 qadının yarısı baş örtüklü olacaq.
Məqalədə deyilir ki, seçkidə iştirak etmək istəyən məmurlar fevralın 10-dək istefa verməlidirlər. Maliyyə nazirinin köməkçisi Naci Ağbal, “Türk Hava Yolları”nın İcraiyyə Komitəsinin rəhbəri Hamdi Topçunun istefası gözlənir. Rəcəb Tayyib Ərdoğanın çıxışlarının mətnini yazan Aydın Ünal ilk istefa verəndir. Baş müşavir Yiğit Bulutun siyasətə girməsi mübahisəlidir və partiya daxilində onun namizədliyinə ciddi müqavimət var.
Bildirilir ki, korrupsiya qalmaqalında adı çəkilən keçmiş dörd nazirin namizədliyi verilməyəcək. Egemen Bağışa partiyadaxili qadağa qoyulub. Zəfər Çağlayan siyasətdən gedəcəyini deyib. Digər ikisi isə partiyanın mövqeyini bildiyindən namizədliyini verməyəcək.
mənbə: