• 03 Dekabr 2024

İlham Əliyev Serj Sarkisyanla bu ilin sonlarında görüşə bilər

İlham Əliyev Serj Sarkisyanla bu ilin sonlarında görüşə bilər

 

Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın dövlət başçısı İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirə aparmaq üçün görüşməyə hazırdır. ANS PRESS-in məlumatına görə, bu barədə “İnterfax”a ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın dövlət başçısı Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşməyə razılıq verib. Azərbaycan və Ermənistan prezidentləri arasında görüş bu ilin sonlarında baş tuta bilər.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmsədrlərin noyabrın 5-də Ermənistan prezidenti Serj Sarksyanla görüşəcəyi xəbər verilir. Minsk qrupunun həmsədrləri bu səfər çərçivəsində dağlıq Qarabağa getməyəcəklər.

Mənbə: ANS PRESS   Keçid üçün klik et

Read Previous

Azərbaycanda “halal kolbasa” istehsalında çatışmazlıqlar var (VİDEO)

Read Next

“Ölkədən çıxarılan valyuta məbləğinin çox olması manatı möhkmlədər” (VİDEO)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.