• 03 Dekabr 2024

İNSANIN ÜZÜ VƏ BARMAQ UCLARI?

Bir gün bir nəfər Həzrət Ömərin yanında:

Bu şahmata heyrət edirəm. Şahmat taxtasının uzunluq və eni bir arşından ibarətdir, ancaq insan onun üzərində bir milyon oyun oynasa, bir oynadığı oyun mütləq digərindən fərqlənər, heç bir oyun digərinə oxşamaz!” -dedi.

Həzrət Ömər ona belə dedi:

“- Bundan daha heyrətə layiq olanı vardır. İnsan üzünün uzunluq və eni bir qarışdan ibarətdir. Qaşlar, gözlər, burun, ağız kimi üzvlərin yerləri qətiyyən dəyişməz. Buna baxmayaraq, Şərq və Qərbdə üzləri bir-birinin tamamən eynisi olan iki nəfər belə tapa bilməzsiniz. Bu kiçik bir dəri parçasında bu həddi-hüdudu olmayan fərqlilikləri göstərən Allahın qüdrət, əzəmət və hikməti nə ucadır!”

Şair bu hikmətə işarə edərək belə deyir:

Kim bu üzü çəkən sənətkar rəssam?

Baxıb da aynaya soran olmazmı?

(Necip Fazıl)

İnsanın barmaq izi isə daha da möhtəşəmdir. Bu gün bir şifrə olaraq barmaq izi ilə açılan kompyuterlər və qapılardan istifadə edilir. Çünki hər insanın barmaq izi digərindən fərqlidir.

Barmaq izinin sanki bir seriya və ya təsdiq nömrəsi kimi hər insan üçün ayrı və xüsusi bir şəklinin olduğu XIX əsrin sonlarında kəşf edilmiş və xüsusən də ədliyyə və hüquq sahəsində geniş şəkildə istifadə edilməyə başlanmışdır. Zəmanəmizdə “Daktiloskopiya” deyilən və barmaq izlərini tədqiq edən bir elm sahəsi vardır.

İnsana bu xüsusiyyəti bəxş edən Allah-Təala 1400 il əvvəl nazil etdiyi Quran ayələrində bu ila¬hi xariqəyə diqqət çəkmişdir. Qiyamət günü insan bədənini təkrar dirildirkən barmaq uclarını belə əvvəlki halında düzəldəcəyini xəbər vermişdir. Ayeyi- kərimədə belə buyurulur:

“Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!” (əl-Qiyamə, 3-4)

Göründüyü kimi daim Qurani-Kərim qarşıda gedir, bəşər elm isə onu təsdiq edərək ardında gəlir.

Eynilə barmaq izi kimi insanların gözləri də bir-birindən fərqlidir. Şifrə yerinə sahibini gözündən tanıyaraq işlədilən cihazlar, açılan kompyuterlər və ya qapılar gündəlik həyatda getdikcə artır. 

1 sm2 belə olmayan kiçik bir sahədə sonsuz fərqlilikləri yaradan Allah-Təala necə də ucadır!

Read Previous

Onları nə ticarət nə də alış-veriş Allahdan uzaqlaşdırmaz

Read Next

Bərzəx Aləmi