• 22 Dekabr 2024

Onları nə ticarət nə də alış-veriş Allahdan uzaqlaşdırmaz

Rəsulullah (səv) zamanında iki müsəlman var idi. Onlardan biri tacir, digəri isə qılınc düzəldən dəmirçi idi. Azan oxunan kimi hər iki səhabə də cəld əlindəki işləri bir kənara qoyub birbaşa Məscidi Nəbəviyə namaza gedərdilər. Bu iki səhabə haqqında Allahu təala Nur surəsi 37-ci ayəni nazil edir: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar.” (Nur surəsi 37)

İbn Məsud (ra) bir gün bazarda, əzanı eşidən kimi mallarını oradaca qoyaraq namaza tələsən bir qrup insanlar görmüştü. Həmin insanlara baxaraq belə demişdi:

“Baxın bu insanlar, Allahu Təalanın Nur surəsinin 37-ci ayəsində övdüyü kimsələrdir.”

Read Previous

Dinimizə Görə Orqan Bağışlamaq Olarmı?

Read Next

İNSANIN ÜZÜ VƏ BARMAQ UCLARI?