• 26 Dekabr 2024

İnsanlara ləqəb qoşmaq caizdirmi?

lakap_takmak2Müsəlman, din qardaşını çağırarkən və söhbət edərkən onun xoşlanmadığı bir adla və ya bir ləqəblə xitab etməməli, səslənməməlidir.
Bir insana kasıblığını göstərən bir ləqəb qoşulmayacağı kimi, şikəst bir insana da xoşlanmadığı şəkildə şikəstliyini, əskikliyini ifadə edəcək bir ifadə sərf edilməməlidir.
Müsəlmanları bir-birinə yaxınlaşdıran, onları sarsılmaz bir güc və qüvvət olaraq mühafizə edən bəzi sirlər vardır. Bunlar daha çox fərdi planda olsa da, münasibətlərin sıxlığı ölçüsündə birbaşa cəmiyyəti, müsəlmanları əlaqədar etməkdədir.
Bu da iman əhlinin bir-birinə şəfqətlə yaxınlaşması, sevgi və sayğı ilə davranması, şərəf və şəxsiyyətlərinə hörmətkar davranılmasıdır. Hədis-i şərifdə buyurulur; “Mömin qardaşını gözəl ləqəblərlə və adlarla çağırmaq, möminin mömin üzərindəki haqqıdır.” Bu gözəl xüsusiyyətlərin mühafizəsi, bunların ziddi olan xasiyyətlərin tərki ilə mümkündür.

Bu xasiyyətlərin bir qismi Quran-ı Kərimdə belə sıralanır: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)”(Hucurat Surəsi, 11.)

Ayəti-kərimədə üç xüsusadiqqət yetirilir: 1. İnsanları məsxərəyə almaq, 2. İnsanın öz özünü ayıplayıp pisləməsi, 3. xoşlanmayan ləqəblərlə çağırılması. Möminlərin bir-birlərini pis ləqəblə, sonradan uydurulan adlarla çağırmamaları istənməkdədir.

İbni Cərir, ayənin qadağan etdiyi ləqəblərin, qarşındakı insanın sevmədiyi və xoşlanmadığı ləqəbləri olduğunu açıqlamaqdadır. Buna görə də, təhqiredici və aşağılayıcı bütün sözlər bu qadağanın içinə girməkdədir.

Mənbə:

islamveihsan.com

Read Previous

Zəmzəm suyunun bilinməyən 7 xüsusiyyəti

Read Next

Şükrün növləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.