• 22 Dekabr 2024

“İRFAN” 100-cü sayını qeyd etdi

irfan1002005-ci ildən nəşr olunan “İrfan” ictimai fikir jurnalı 100-cü sayının çıxması münasibəti ilə tədbir təşkil edib.

ANS PRESS-in məlumatına görə, Gəncliyə Yardım Fondunun konfrans salonunda qeyd olunan yubiley mərasimində Türkiyənin Azərbaycan Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Türkiyənin Azərbaycandakı sabiq Din Xidmətləri müşaviri Sadık Eraslan və yeni müşavir Kamil Güneş, Bakı Dövlət Universitetinin və Bakı İslam Universitetinin müəllimləri, bir sıra tanınmış ictimai xadim, “İrfan”ın yazarları, təmsilçi və abunəçiləri iştirak edib.

Tədbiri açıq elan edən “İrfan” jurnalının baş redaktoru Nurlan Məmmədzadə bütün iştirakçıları və qonaqları salamladıqdan sonra “İrfan”ın Azərbaycan mühitindəki yerindən, keçən illər ərzində görülən işlərdən söz açıb.

Tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondu adından himayədarlar şurasının sədri Ahmet Tecim çıxış edərək jurnal kollektivini təbrik edib. O, öz çıxışında müasir cəmiyyətdə mətbuat işinin əhəmiyyətindən danışaraq, milli-mənəvi mövzulara işıq tutan jurnalların vacibliyini vurğulayıb.

İpəkyolu Nəşriyyatının direktoru Ramiz Məmmədov və direktor müavini Abbas Qurbanov da oxumağın ictimai mühitə lüzumundan, ümumilikdə “İpəkyolu”nun Azərbaycan oxucusuna töhfələrindən söz açıblar, keçən illər ərzində nəşr olunan kitab və jurnallar barədə məlumat veriblər. “İrfan” jurnalının təqdimat videosu göstərildikdən sonra qardaş Türkiyədən təşrif buyurmuş qonaqlara söz verilib. Jurnalın yazarlarından olan Lokman Helvacı və Salih Zeki Meriç çıxış edərək Azərbaycan təəssüratlarını paylaşıblar. Azərbaycan oxucusuna yazı yazarkən hansı hissləri keçirdiklərini, deyilmiş sözün, yazılmış məqalənin hansı təsir gücünə malik olduğunu yaşadıqları hadisələrdən misallar verərək iştirakçılarla paylaşıblar. Bakı İslam Universitetinin müəllimi, eyni zamanda “İrfan” yazarı Fuad Quliyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, Türkiyənin ölkəmizdəki sabiq Din Xidmətləri müşaviri Sadık Eraslan və yeni müşavir Kamil Güneş ürək sözlərini söyləyərək öz təbriklərini çatdırıblar.

Yubiley tədbirinin sonunda ölkəmizdə xidmət müddəti başa çatan sabiq Din Xidmətləri müşaviri Sadık Eraslan və Türkiyədən gələn qonaqlar – Lokman Helvacı və Salih Zeki Meriç “İrfan” jurnalı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar. Sonda xatirə şəkilləri çəkilib.

irfan4

 

 

 

 

 

irfan3

 

 

 

 

 

 

irfan2

 

 

 

 

 

 

irfan1

 

 

 

 

 

 

mənbə:

anspress.com

Read Previous

Peyğəmbərimiz (səv) Əfəndimizin şəxsən özünün öyrətdiyi salavatı şərifə:

Read Next

Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.