• 22 Dekabr 2024

İslamda terror yoxdur!

terrorTarixə baxdığımızda terrorla ən çox mübarizə edən şəxsin Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm- olduğunu görərik. Onun 23 illik nəbəvi həyatı həmişə terrorla mübarizə ilə keçmişdir.
İnsanlar, heyvanlar və digər bütün canlılarla birlikdə bütün kainatı yaradan və onu möhtəşəm bir nizam üzrə ayaqda saxlayan Uca Allahdır. Uca Rəbbimiz, ağıl və iradə lütf etdiyi insanların öz aralarındakı münasibətlərə və digər varlıqlara qarşı davranışlarını tənzim etmək üçün İslam dinini göndərmişdir. Yəni İslam dini, ilahi və haqq bir dindir. İslamı insaf ilə araşdıran hər kəs bunu qəbul edər.
Ulu yaradan bütün nöqsan sifətlərdən münəzzəhdir. Bu səbəbdən O, heç bir zaman fəsad, yəni terroru və pisliyi istəməz. Belə ki, Allah-təala, münafiq və pis insanlardan bəhs edərkən belə buyurur:
“O iş başına keçdi mi, yer üzündə ortalığı fəsada vermək, əkinləri məhv edib nəsilləri pozmaq üçün çalışır. Allah fitnə-fəsadı sevmir! “(Əl-Bəqərə, 205)
Yenə Uca Mövla , fitnə-fəsad istəməyi, onu xoş görməyi və fəsad çıxarmaq üçün fürsət və yol axtarmağı qullarına qadağan edərək belə buyurur:
” Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir “(Əl-Qəsəs, 77)
Cənabi-Haqq qullarına qarşı çox mərhəmətlidir. Onlar üçün həmişə xeyiri, əmin-amanlığı və nicatı istəyər. Qul haqqı pozulmasını ən ağır çürümlərdən (günahlardan) biri olaraq görür. Belə bir günahı, haqsızlığa uğrayan qul bağışlamadıqca Allah da bağışlamaz. Allah Təala günahkar quluna belə əfv və mərhəmətlə rəftar edər. Onun belə arxasından danışaraq qeybətini etmənin böyük bir günah olduğunu bildirir və bundan şiddətlə qullarını çəkindirər.
Bu səbəbdən, Allah tərəfindən insanlığın dinclik və səadəti üçün göndərilən İslamın, günahsız insanların öldürülməsini istəməsi və terrora göz yumması qətiliklə mümkün deyildir.
İslam, hər insanın canının, malının, ismətinin, namusunun, ağlının, nəslinin mühafizəsini zəruri görür.
Bu səbəblə, tarixə baxdığımızda terrorla ən çox mübarizə edən adamın Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm- olduğunu görərik. Onun 23 illik nəbəvi həyatı həmişə terrorla mübarizədir. İnsana qarşı terror, heyvanlara qarşı terror, bitkilərə qarşı terror. Əfəndimiz -səllallahu əleyhi və səlləm- həmişə bunlarla mübarizə etmişdir. Kafir olsun mömin olsun, daim hər insanın haqqına riayəti diqqətə almışdır. Nəticədə Onun səyləriylə bütün dünya sükunət tapmış, qan gölünə dönən çöllər, dincliyə qovuşmuş və insanlıq tarixi, o zamana qədər görülməmiş bir fəzilətlər mədəniyyətinə səhnə olmuşdur.
Belə olduğu halda bir qisim insanlar, uca İslamı, günümüzün ən böyük fəlakətlərindən biri olan terror kəlməsi ilə birlikdə istifadə etməyə səy göstərirlər . Halbuki terror və anarxizm, qatı qəlblilik üzərinə qurulmuşdur və onlara əsla əxlaq kimi ülvi hisslər lazım deyil. Terrorun gözyaşı yoxdur, mərhəmət və vicdanı yoxdur. İslam isə şəfqət və mərhəmət üzərinə inşa edilmişdir. Uca yaradan Qurani-Kərimdə ən çox Rəhman və Rəhm adlarını, yəni bütün varlıqları əhatə edən Ümumi mərhəməti təlqin etməktədir . İslam, haqq-hüquq təmin edən bir insanlıq və mədəniyyət dinidir. İslamı layiqincə öyrənənlər, onun terror kəlməsi ilə eyni cümlədə istifadə edilməsinin belə nə qədər yersiz olduğunu idrak edərlər.

Mənbə:islamveihsan.com

Read Previous

Əl-Əla (ƏN UCA) Surəsi təfsiri

Read Next

Madagizdəki hərbi baza qərargahı dağıdıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.