• 22 Dekabr 2024

İsrafların ən böyüyü

saat1Bilməliyik ki, ömrü boş işlərlə keçirmək böyük bir xusran səbəbidir. Əlimizdəki uca əmanətləri mühafizə etməmək bir israfdır. İnsan tərbiyəsində onun, varlıqların ən şərəflisi olması istiqamətində yetiştirilməməsi israfın ən böyüyüdür.

Həyat, Uca Allahın hər canlıya bir dəfə istifadə etmək üçün bəxş etdiyi müəyyən bir zamanla məhdudlaşdırdığı son dərəcə qiymətli bir nemətdir. Zamanı, onun dəyərinə layiq əməllərə sərf etmək lazımdır. Çünki həyatda hər anın özünə məxsus edilməsi lazım olan işlər vardır. Buna görə də hər anı lazımi qaydada dəyərləndirmək və hadisələri əhəmiyyət dərəcələrinə görə sıraya qoymaq, zamandan düzgün istifadə etmək üçün diqqət edilməsi lazım olan mühüm bir düsturdur.

Məsələn, bir ananın uşağına süd əmizdirməsi, mərhəmət şəfqətinin zərurəti olan gözəl bir davranışdır. Ancaq evdə yanğın çıxdığında uşağına süd verməyə davam etməsi böyük bir düşüncəsizlikdir. O əsnada bir vedrə su ilə olsa yanğını söndürməyə cəhd etməlidir. Çünki bu vəzifə digərinə görə daha həyati bir əhəmiyyət kəsb edir. Əgər bu barədə tənbəl davransa bir müddət sonra özü övladı da o yanğının içində həlak olacaqdır.

Vaxtı ən gözəl şəkildə qiymətləndirən əshabikiram üçün həyatın ən zövqlü mənalı anları, insanlara tövhid mesajını çatdırdıqları zamanlar idi. Bir səhabə, edam edilmək üzrə ikən onun edamını üç dəqiqə vaxt uzadan bədbəxtə təşəkkür etmiş :

-Demək ki, sənə haqqı təbliğ edə bilmək üçün üç dəqiqəlik vaxtım var. Ola bilsin ki hidayət taparsan. Demişdir.

İndiki vaxtda da bir qisim insanlar imansızlıq əxlaqsızlıq erroziyasına məruz qalarkən, onlara şirin bir dil ilə yaxınlaşaraq İslamın gözəlliklərini, zəriflik nəzakətini əks etdirmək, hər mömin üçün böyük bir iman vicdan borcudur. Son dərəcə qiymətli bir sərmayə olan zamanı, boş əbəs şeylərlə israf etmək, axirət həyatını təhlükəyə atmaqdır. Buna görə, qəflət pərdələrini aralayabilenler üçün zaman, heç bir şeylə müqayisə edilə bilməyəcək dərəcədə qiymətli bir nemətdir. CənabiHaqq Əsr surəsində:

And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir.Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)(ƏlƏsr, 1-3) buyurmaqdadır.

Zamana and ilə başlayan bu surədə; iman, saleh əməl, haqqı tövsiyə səbri tövsiyə ilə əhya edilməyən zamanların israf edildiyi bir xusran vəsiləsi olduğu bildirilməkdədir. Zamanı haqqıyla qiymətləndirənlər istisna omaq şərti ilə, insanların əksəriyyətinin bu mövzuda aldandıkları acı bir həqiqətdir.

mənbə:

islamveihsan.com

Read Previous

Bakının buludlara çatan minarələri (FOTO)

Read Next

Dekabr 2014

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.