• 22 Dekabr 2024

“İsrail bütün yəhudilərin milli dövləti, ərəblər ikinci sinif vətəndaş oldu.

israilBundan sonra ölkənin ərəb millətindən olan vətəndaşları ikinci sinif şəxslər kimi tanınacaq.
İsrailin Nazirlər Kabineti İsraili “Yəhudi Milli Dövləti” kimi tanıyan qanun layihəsini qəbul edib.

Baş nazir Binyamin Netanyahunun rəhbərliyi ilə keçirilən iclasda “yeni vətandaşlıq qanunu” layihəsi müzakirə edilib və səsə qoyulub. Adıçəkilən qanun layihəsinə görə, İsrail yəhudi xalqının ana vətəni və milli dövləti olaraq tanınır və hər bir vətəndaş eyni haqqa sahibdir.

Netanyahu toplantıdan öncə mediaya verdiyi açıqlamada qanun layihəsi ilə bağlı bunu deyib: “İsrail dövləti yəhudilərin milli dövlətidir. Bütün vətəndaşlar eyni hüquqa malikdirlər. Yəhudilərin bayraq, milli marş, hər yəhudi üçün İsrailə köç etmə haqqı və digər milli haqlara sahibdirlər”.

Nazirlər Kabinetinin təsdiq etdiyi qanun layihəsi İsrail parlamentində səs qoyulub qəbul edildikdən sonra qüvvəyə minəcək.

Siyasi ekspertlər hesab edir ki, bu qanun layihəsindən sonra “İsrail dövlətinin yalnız yəhudilərə aid olduğu, ərəb vətəndaşlarının yəhudilərlə bərabər olmadığı və onları ikinci sinif vətəndaş olaraq tanıdığı” fikri özünü doğrultmuş olur.

mənbə:

sunna.az

Read Previous

Hədislərdə bildirilən qarabayraqlılar

Read Next

Prezident İlham Əliyev dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.