• 21 Dekabr 2024

Kəfil olaraq Allah yetər!

allahmeneyeterHeç şübhəsiz ki, səmimi niyyət, bir işin sonunun xeyirli olmasına birbaşa təsir edir. Çünki xeyirlər ümumiyyətlə səmimi niyyətlərin nəticəsində meydana gəlir.

Səmimi niyyətin əlamətlərindən biri olan əhdə vəfa və vədini yerinə yetirmək, ilahi yardıma da vəsilədir. Verdiyi sözə sadiq qalmaq, borclu isə borcunu vaxtında ödəmək, ticari işlərində düzgünlük və dürüstlük İslamiyyətin əmri olduğu kimi insaniyyətin də gərəyidir. Bu xüsusiyyətlər, insana etibar qazandırdığı kimi ehtiyac anında da insanı tək və köməksiz qalmaqdan qurtaran və itirilməsi vəziyyətində də hər hansı bir əvəzlə yeri doldurulabilməyən dəyərlərdir. Sədaqət və əhdə vəfa ən böyük xəzinədir. Nə olursa olsun düzgünlükdən çaşmamaq lazımdır.

Necə ki aşağıdakı hekayə, tam bir iman, təvəkkül (səbəblərinə uyub nəticəni Allaha buraxma) və səmimi niyyətin nə qədər əhəmiyyətli olduğunu öyrədir bizlərə.

Əbu Hureyrə (ra.) anladır: “Rəsulullah (səv) Bəni İsraildən min dinar borc pul istəyən bir kimsədən bəhs etdi. Bəni İsraildən borc istənilən kimsə: “Mənə şahidlərini gətir, onların hüzurunda verim, şahid olsunlar!” Dedi. Borc istəyən isə: “Şahid olaraq Allah yetər” dedi. Borc istənilən adam: “Elə isə mənə zamin gətir.” Dedi. Borc istəyən adam: “Kəfil olaraq Allah yetər” dedi. Borc istənilən adam: “Doğru söylədin!” Dedi və müəyyən bir vaxt ilə pistədiyi borcu ona verdi.

Adam dəniz səfərinə çıxdı və ehtiyacını qarşıladı. Sonra borcunu vaxtında ödəmək məqsədilə geri dönəbiləcəyi bir gəmi axtardı, amma tapa bilmədi. Bunun üzərinə bir odun parçası götürüb içini oydu. min dinarı, sahibinə xitab edən bir məktubla birlikdə oyuğa yerləşdirdi. Sonra oyuğun ağzını bağlayıb düzəltdi. Sonra da dənizə gətirib: “Ey Allahım, bilirsən ki, mən filan şəxsdən min dinar borc almışdım. Məndən şahid istədiyində mən: ‘Şahid olaraq Allah yetər!’ Demişdim. O da şahid olaraq sənə razı oldu. Məndən zamin istəyincə də: ‘Kəfil olaraq Allah yetər!’ Demişdim. O da zamin olaraq sənə razı olmuşdu. Mən isə indi, bir gəmi tapmaq üçün səy etdim, amma tapa bilmədim. İndi bunu sənə əmanət edirəm Allahım! “Dedi və odun parçasını dənizə atdı. Sonra isə oradan ayrılıb, vətəninə dönən bir gəmi axtarmağa başladı. Borc verən də borc verdiyi adamın gələcəyi gəmini gözləyirdi lakin gözlədiyi gəmi gəlmədi. Adam evinə dönərkən içində min dinarın olduğu odun parçasını tapdı, yandırmaq üçün həmin odunu evinə apardı. Odunu parçalayınca içindəki pulu və məktubu gördü.

Borc alan adam bir müddət sonra məmləkətinə döndü. min dinarla birlikdə borc aldığı adamın yanına getdi və: “Malını gətirmək üçün davamlı gəmi axtardım; ancaq məni gətirən bu gəmidən daha əvvəl gələn bir gəmi tapa bilmədim “dedi. Borc verən: “Sən mənə bir şeylər göndərdinmi?” Deyə soruşdu. O biri: “Mən sənə, daha əvvəl bir gəmi tapa bilmədiyimi söylədim” dedi. Borc verən: “Allah Təala Həzrətləri, sənin odun parçası içərisində göndərdiyin pulu sənə əvəz ödədi. Bin dinarına qovuşmuş olaraq (pullarınla) geri dön dedi .. “(Səhih-i Buxari, Kəfalət, 1)

Mənbə:gencdergisi.com

Read Previous

Peyğəmbər əfəndimiz (səv) vəfat edəndə gözləri kor olan səhabə

Read Next

Türkiyə bu imamdan danışır!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.