• 21 Dekabr 2024

Kəbəni tavaf edənin təmizliyi

Həcc ərəfəsində qadlnların xüsusi hallarına görə ibadətlərində müəyyən asanlaşdırma imkanları vardır. Belə heyz görən bir qadın tavafdan başqa həccin bütün əməllərini yerli-yerində edə bilər. Ancaq ziyarət tavafını bayramın üçüncü günündən sonra təxriyə salıb adətin bitməsini gözləyər. Bu səbəblə vəda tavafını da tərk edə bilər ki, vacibi tərk etdiyi üçün ona cəza qurbanı da vacibdir olmaz.

Təməttü həccinə niyyət edib (ümrə üçün) ehrama girən heyzli qadın, Hənəfilərə görə Ərafata çıxarkən həcc üçün niyyət və təlbiyə etməli və ümrəni ibtal etməlidir. Ümrədən vaz keçdiyinə görə onun həcci ifrad həccinə çevrilər ki, ona qurban lazım olmaz. Ancaq ümrəni tərk etdiyi üçün cəza qurbanı kəsməlidir. Digər məzhəblərə görə, isə onun ümrəsi keçərlidir. Onun həcci, “qıran” həccinə dönmüş olar ki, yenə də qurban kəsməsi lazım olar.

Həcdə kişilərdən fərqli olaraq qadınlar, hər cür geyim və ayaqqabı geyə bilərlər. Üzləri müstəsna olmaqla bədənin hər yerini örtə bilərlər. Tavaf əsnasında izdiba və rəməl, səydə isə hərvələ etməzlər. Ehramdan çıxmaq üçün saç uclarından bir az kəsmələri kifayətdir. Həcərul-əsvədi uzaqdan salamlaya bilərlər. Heyz yaxud zahı hallarında Məkkəni tərk etsələr, vəda tavafından məsul sayılmazlar.

Read Previous

DUALARIMIZ VƏ DƏSTƏYİMİZ AZƏRBAYCANLI QARDAŞLARIMIZLA BİRLİKDƏDİR

Read Next

VİRUSA YOLUXUB VƏFAT EDƏN İNSANIN CƏNAZƏ NAMAZI QILINARMI?