• 23 Dekabr 2024

KARDAVİ ƏZHƏRDƏN ÜZ ÇEVİRDİ

KARDAVİDünya Müsəlman Alimlər Birliyi Başqanı Yusuf əl- Kardavi, Əzhər Yüksək Alimlər heyətinin üzvlüyündən istefa etdiyini açıqladı. Kardavi istefasıyla əlaqəli yayınladığı yazılı açıqlamasında, “Mən Yusuf Abdullah əl- Kardavi, Əzhər Yüksək Alimlər heyəti üzvlüyündən istefamı Əzhər şeyxinə deyil, təşkilatın gerçək sahibi olan uca Misir xalqına bildirirəm. Əzhər şeyxini və ona yaxın mövqelərin hamısını eynilə çevriliş lehinə silah gücü ilə ələ keçirilmiş prezident məqamı kimi görürəm” dedi.

Kardavi açıqlamasında , “Azad düşünən alimlərin yanında yer aldığımı bildirmək üçün bu qərarı aldım. Din, mədəniyyət və təhsil sahəsində İslam ümmətinin lideri mövqeyindəki Əzhər yerinə başqa bir Əzhərlə imtahan edilməkdəyik. Gün gələcək, Misir xalqı azadlığına qovuşacaq və alimlər öz azad iradələri ilə şeyxlərini seçəcəklər” kəlimələrini işlətdi.

Rabiatul Adeviyye və Nahda meydanlarında yaşanan qanlı qarşıdurmaları xatırladan Kardavi, ölkədə xalqı dəhşətə salan qırğınlar yaşanarkən Əzhər şeyxinin Yüksək Alimlər Məclisinin toplamamasını tənqid edərək, “Şeyx, belə bir zamanda heyəti toplamayacaksa bəs nə vaxt toplayacaq”? dedi. Əzhər Yüksək Alimlər heyəti, Əzhər daxilində olan və dörd böyük məzhəbdən alimlərin iştirak etdiyi 40 üzvlü ən yüksək dini qurum orqanı olaraq bilinməkdədir.

MƏNBƏ:

YENİŞAFAK

Read Previous

Ayasofya 2014-cü ildə ibadətə açılacaq. Ayasofyanın Atatürkün imzaladığı bir fərmanla ibadətə bağlanılmasının arxasındakı həqiqətlər ortaya çıxdı

Read Next

MİNARƏLƏR BİR AYA YÜKSƏLDİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.