• 25 Dekabr 2024

Kilsəyə gələnlərə Quran oxuyan qadın keşiş

kilsede-quran-oxuyan

Norveçin paytaxtı Osloda Milad zamanı kilsəyə gələn tələbələrə İsa (ə) ilə bağlı Quran ayələrini oxuyan qadın keşiş peşman olmadığını bildirdi.

Klara Voql, Ellinqsrud Kilsəsində kiçik tələbələrə Quranın “Məryəm” surəsindən bəzi ayələrin izahlı tərcüməsini oxuduqda böyük etirazlarla qarşılaşdı. Xristian din adamlarından tələbələrin valideynlərinə, partiya liderlərindən Təhsil Nazirliyinə qədər bir çox insan bu hadisəyə öz mənfi münasibətini bildirmişdi.

“Cahan” xəbər agentliyinə müsahibə verən norveçli keşiş, Quranda İsa peyğəmbərin (ə) dünyaya gəlməsindən bəhs edən ayələrin çox təsirli və gözəl olduğunu bildirdi. Bu qədər etirazların olacağını düşünmədiyini deyən Voql, yenə də peşman olmadığını qeyd etdi.

Valideynlərin bu məsələdə xəbərdar edilməmələrilə bağlı şikayətlərində haqlı oldularını bildirən Klara Voql dedi: “Lakin kilsədə Quran oxumağıma görə yaxın ətrafım məni təbrik etdi. İsadan Quranda bəhs edildiyini bilmək çox yaxşıdır. Bir olan Yaradana inanmaq da maddiyyatdan və dünyəvilikdən daha üstündür.”

 

 

 

 

/din.az/

Read Previous

Müsəlmanın yeni il şənliyi…

Read Next

Ölümünü Peyğəmbərə (s) tkian batmasından üstün tutanlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.