• 26 Dekabr 2024

Kİşilər ailənin tərbiyəsində nələrə diqqət etməlidir?

aile_terbiyesiQadın və uşaqların, dini və əxlaqi baxımdan yetişdirilməsi, onların dünya və axirət səadətinə səbəb olacaq şəkildə tərbiyə edilmələri kişiyə aid mühüm vəzifələrdəndir. Necə ki bu vəzifə Quran-ı Kərimdə belə bəyan buyurulmaqdadır:
“Ey iman edənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun.”(Təhrim, 6)
Bu vəzifənin çərçivəsi, hər kəsin olduğu mövqe və imkanlar ölçüsündə, həyat yoldaşı və uşaqlardan başlayaraq, evdə olan xidmətçilər, qonşu və qohumlar, məktəb, hətta addım-addım bütün məmləkəti içinə almaqdadır.
Bir ata, ailə fərdlərinin Quran-ı Kərim təhsilinə əhəmiyyət verməli, balalarına ibadətzevqini daddırmalıdır. Digər tərəfdən dünya və axirətə dair üsul və ədəbləri də öyrətməsi zəruridir. Bu çərçivədə övladlarını, məktəb çağına gəldiyində yaz kurslarında, ardından da ibtidai təhsilin bitməsiylə birlikdə Quranı Kərim kurslarında mütləq oxutdurmalıdır. Xüsusilə qız uşaqları üçün bu daha da lazımlıdır. Unutmamalıdır ki, bir ana-atanın, uşaqlarına buraxa biləcəyi ən qiymətli miras, axirət mirasıdır. Övladlarını hafiz edən, Quran mədəniyyəti təzyin edən ana-atalar nə xoşbəxtdirlər!
Hədisi-şərifdə buyurulur:
“Kim Quranı Kərimi oxuyar və onunla əməl edərsə, qiyamət günü valideyinlərinə bir tac geydirilər. Bu tacın nuru, günəşin dünyadakı bir evə qoyulduğunda verəcəyi işıqdan daha gözəldir. Elə isə, Quranı Kərim ilə şəxsən əməl edənin nuru necə olur? Bir düşünün! “(Əbu Davud, Vitr, 14)
Bu gün xarici bir dil öyrənmək üçün min bir əmək verilib kolleclər arasında müqayisəlır edilir, heç bir xərcdən da qaçınılmır. Buna qarşılıq Quran kurslarını göz ardı etmək hətta onları kiçik görmək övladlarımızı o ilahi kəlamdan və onun ruhaniyyətindən məhrum buraxmaq, nə qəmli bir vəziyyətdir. Halbuki ən gözəl müvəffəqiyyət, öldükdən sonra mənəvi həyatımız üçün azuqə təmin edəcək, arxamızdan duaçı olacaq, xeyirli bir nəsil buraxmaqdır.
Uşaqlarımız, Quranın bərəkət və feyz dolu iqlimindən, xüsusilə peyğəmbərlərə aid hekayələrdən və bu qissələrdəki ilahi mesajlardan xəbərdar yetişməlidir. Bu axır zamanda övladlarımızın rəzalət çuxurlarından və dinsizlik bəlalarından özlərini qoruması üçün beləsi bir iman həyəcanı ilə yetişdirilmələri lazımlıdır.
Bunun üçün Quran təhsili yanında Allah Rəsulu -səllallahu əleyhi və səlləm-in Siyər, yəni mübarək və nümunə həyatı üzərində də ciddi durulmalıdır. Çünki O, nümunə və müstəsna yaşayışıyla Quranın ən canlı təfsiridir. Peyğəmbər Əfəndimiz (səv)-in həyatı ilə inteqrasiya olunmaq və onun sünnələrini haqqıyla təlim edə bilmək üçün də, yaşayış və əxlaq etibarı ilə Allah Rəsulunun izindən yürüməli, Ona bənzəməyə çalışılmalıdır.
Ataların və anaların vəzifələrini axsatmaları və övladlarına lazımlı mənəvi təhsili verməmələri nəticəsində onların göz nuru balaları, əxlaqsız bir medya uşağı olaraq böyüməkdədir. Onları sanki televiziya əmzirməktə, saçlarını televiziya şəkilləndirməkdə, duyğu və xəyallarını televiziya müəyyən etməkdədir. Belə olunca ana-ataya, yalnız onların istəklərini yerinə yetirmək vəzifəsi düşməkdədir.
Ürəkləri parçalayan bu hallara razı olmaq, ana və atalar üçün hesabı verilə bilməyəcək bir əzab siqnalıdır. Müsəlman bir uşaq, nə təəssüf vericidir ki, bir çox yerli-xarici idmançı və artistlərin həyat hekayələrini dahi əzbərləyib onları nümunə alır, onlara bənzəmək üçün çırpınır.
Ancaq həqiqət və səadət yolunun rəhbərləri olan peyğəmbərlərin adlarını belə bilmir, onları tanımır, onların gözəl əxlaqından xəbərsiz olaraq böyüyür və onlar haqqındakı Quran mesajlardan ibrət ala bilmir. Bu qəmli həqiqətin mənası, uşaqlarımızı biz deyil, xaricilər öyrədir deməkdir. Yəni bədənini böyütmə yükü ana-atalara, ruhlarını istiqamətləndirmə isə xaricilərə aid olur.
Külfəti ana-atalar çəkir, mənfəəti xaricilərə qalır. Onlar bu mədəniyyət və təhsil qalibiyyətini əllərində tutduqça bu hal, sabah onlar tərəfindən bizə qarşı başqa qalibiyyətlərə qədər gedər, Allah qorusun. Onun üçün övladlarımızı dövrün ən amansız mədəniyyət döyüşləri və təhsil döyüşləri arasında böyüdərək tarix önündəki imtihanımızı yenə müvəffəqiyyətlə mühürləməliyik. Öz şərəf və qürurumuza görə onları yetiştirməliyik. Ruh dünyasından geyim keçimə qədər övladlarımız, öz kök və gövdələri üzərində böyüyüb inkişaf etməlidir.
İslam, insanlıq ədəbinə uyğun geyinməyə dair bəzi qaydalar gətirmişdir. Bunlardan biri, paltarların bədən xəttlərini ortaya çıxaracaq dərəcədə dar və ya şəffaf olmamasıdır. Rəsulullah -səllallahu əleyhi və səlləm-, Həzrəti-i Aişənin qardaşı Esmanın incə bir paltar geydiyini görüncə, başını çevirmiş və belə buyurmuşdur:
“Ey Əsma! Buluğa çatdıqdan sonra qadınların, (yüzünə və əlinə işarə edərək) bu və bundan başqa bir yerinin görülməsi doğru olmaz. “(Əbu Davud, Libas, 31)
Bu xüsus, İslamın qadınlıq şərəf və ləyaqətini təhqir edən davranışların qarşısını almaq üçün qoyduğu təməl qaydalardandır. Qadınların yaradılış etibarilə sahib olduqları bu fəzilət və şərəfə kölgə salmamaq da qadın-kişi iki tərəfin birlikdə və diqqətlə riayət edəcəkləri xüsuslardan biridir.
Digər tərəfdən büluğ çağına çatmadan əvvəl, oğlan və qız uşaqlarının otaqlarını ayırmaq da uşaqlarımızın mənəvi yetkinləşmələri və şəxsiyyətlərinin möhkəmləşməsi üçün diqqət ediləcək xüsuslardan biridir.

Mənbə:islamveihsan.com

Read Previous

Kİşi ailəsini necə idarə etməlidir?

Read Next

Peyğəmbərimizin (s.ə.s) Vəfatı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.