• 28 Mart 2024

KUBADA MƏSCİD TİKİLƏCƏK

kuba-mes-namTürkiyənin Dini İşlər İdarəsinin Vəqfi Kubada məscid tikdirmək üçün işə başladı.

Dini İşlər İdarəsi Kuba və Haitidə məscid tikdirəcək. Türkiyə Dini İşlər İdarəsi Vəqfinin səlahiyyətli şəxsləri Cənubi Amerikada yaşayan müsəlmanların hansı məsələlərdə yardıma ehtiyacları olduğunu müəyyən etmək üçün aralarında Brazilya və Meksikanın da olduğu Cənubi Amerika turuna çıxmağa hazırlaşır.

Türkiyə Dini İşlər İdarəsi Vəqfinin sədr müavini Mustafa Tutkun, 26 ölkədə məscidlər tikdirdiklərini, aralarında Şimali Kiprin də olduğu bəzi ölkələrdə isə tikinti işlərinin davam etdiyini bildirdi.

Şimali Kiprdə Səlimiyyə məscidinə bənzər məscidin tikilməsinin planlaşdırıldığını qeyd edən Tutkun, bu layihənin iki il ərzində başa çatdırıldığını bildirdi. Bundan başqa, Qırğızıstan, Qazaxıstan və Albaniyada məscid tikintisi işlərinin davam etdiyini qeyd edən Tutkun, Somalidə iki məscidi bərpa etdiklərini bildirdi. Tutkun, ABŞ-da tikintisi davam edən məscidin gələn ilin sentyabr ayında başa çatacağını dedi.

Mustafa Tutkun fikirlərini belə davam etdirdi:
“Kubada müsəlmanların lideri sayılan şəxslə sıx əlaqəmiz var. Həmin şəxs öz hökümətilə görüşüb bizim orada məscid tikdirmək istədiyimizi bildirdi. Onlar da bu təşəbbüsü müsbət qarşıladılar. İndi Havanaya gedib orada araşdırmalar aparacağıq.” Tutkun Haitidə də bir məscid tikilməsilə bağlı işlər aparıldığını bildirdi. Kubada təxminən 300-500 müsəlmanın yaşadığını qeyd edən Tutkun, yeni ilin ilk ayında bir sıra Latın Amerikası ölkələrinə səfər edəcəklərini bildirdi.”

Türkiyə Dini İşlər İdarəsinin Vəqfi tərəfindən xaricdə tikdirilən və açılışı həyata keçirilən son məscid Malidəki Bamako Eyyub Sultan məscidi oldu. Türkiyə Dini İşlər İdarəsi Vəqfinin Eyyub şöbəsi tərəfindən tikdirilən və 8 ayda başa çatdırılan məscid, Afrikada Osmanlı memarlığına uyğun tikilən ilk məsciddir.

GazeteA24.com

Read Previous

Məscidin həyətinə qoyulan bank terminalı ixtilafa səbəb oldu

Read Next

İRANDA İLK SÜNNİ QADIN BƏLƏDİYYƏ BAŞQANI OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.