• 26 Dekabr 2024

Küsülü Qalmamaq

İslam qardaşlığı istər sevincli, istərsə də hüznlü günlərdə qardaşların hər vaxt bir-birlərinə dəstək olmasını tələb edir. Din qardaşlarının bir-birindən küsməsi isə heç vaxt tövsiyə edilmir. Bu vəziyyət, qardaşlığa zəhər verər. Peyğəmbər (s.ə.s) buyurmuşdur:

“Bir möminin din qardaşını üç gündən çox tərk edib ona küsülü qalması halal deyil. Üç gün keçibsə, onunla qarşılaşıb salam versin. Əgər salamını alsa, hər ikisi savabda ortaq olarlar. Əks halda salamı almayan günaha girmiş olar. Salam verən isə küsülü qalmaqdan çıxmış olar. “[1]

“Kim, din qardaşını bir il tərk edib küsülü qalarsa, onun qanını tökmüş kimi günaha batar. “[2]

Nəbiyyi-Əkrəm bu hadisəni nəql edir:

“Bir kimsə başqa bir kənddəki din qardaşını zəyarət etmək üçün yola çıxdı.Allah-Təala onu qorumaq üçün yolunun üzərində bir mələyi vəzifələndirdi. Adam yanına gəldikdə mələk:

– Hara gedirsən? dedi. O şəxs:

– Bu kənddə bir din qardaşım var, onu görməyə gedirəm. cavabını verdi.

Mələk soruşdu:

– O qardaşından əldə etmək istədiyin bir mənfəətinmi var?

Adam:

– Yox, mən onu sırf Allah rizası üçün sevirəm, məhz buna görə ziyarətinə gedirəm. dedi.

Bunun üzərinə mələk:

– Sən onu necə sevirsənsə Allah da səni eləcə sevir. Mən bu müjdəni vermək üçün Allahın sənə göndərdiyi elçiyəm. dedi.”[3]

Peyğəmbərizin bəyanına görə bazar ertəsi və cümə axşamı günq qulların etdiyi işlər Allah-Təalaya ərz olunar. Din qardaşı ilə arasında inciklik olan adamdan başqa, Allaha şirk qoşmayan hər qulun günahları bağışlanar. Mələklərə: “Bu iki adamın əfv olunmasını bir-biriylə barışana qədər təxirə salın!” deyə tapşırıq verilər.[4]

Din qardaşlarının arasını düzəldib barışdırmaq da ən xeyirli əməllərdən biridir. Rəsulullah (s.ə.s) bir gün Əbu Əyyub əl-Ənsari həzrətlərinə xitab edərək:

“- Əbu Əyyub, Allah və Rəsulunun sevib razı olduğu bir yaxşılığı sənə xəbər verimmi?” buyurmuşdu.

Əbu Əyyub r.a :

“- Bəli, bildirin, ya Rəsulallah!” dedi.

Peyğəmbərimiz (s.ə.s) :

“- İnsanlar bir-birindən küsdükdə aralarını düzəldər; bir-birindən uzaqlaşdıqda da onları bir-birlərinə yaxınlaşdırarsan. “ buyurdu.[5]


[1] Əbu Davud, Ədəb, 47/4912

[2] Əbu Davud, 47/4915

[3] Müslim, Birr, 38, Əhməd, ll, 292

[4] Müslim, Birr, 35-36; Əbu Davud, Ədəb, 47

[5] Beyhəqi, Şuab, Vll, 490; Heysəmi, Vlll, 80

Read Previous

Namazdan Məhrum Qalanlar

Read Next

Həsəd/Paxıllıq