• 27 Dekabr 2024

Sənin sevginə həsrətəmmiş. (məktub)

Bir ulduz uçumediner səmada Mən sənin yanında olmağı diləyirəm Ya Resulallah. Sənin yanında olmağı Sənə bir addım daha yaxınlaşmağı Səninlə birlikdə olub səninlə dərdləşəbilməyi istəyirəm.
Tənha, səssiz
bir limandaydı səni tanımadan əvvəl ruhum. Qaranlığa qanad çalmaqdan yorulmuş bir qağayı kimi idi, yorğun əldən düşmüş Lakin bir o qədər də ümidli. Bir gün bu qaranlığın, ucsuz-bucaqsız bu qaranlığın aydınlığa kavuşacağından əmin idi. Heç bir şeydən həzz almır, qarşısına çıxan bir anlıq sevincləri görməzdən gəlir, mənəviyyatı tapmağa doğru qanad çırpırdı.
bir gün
Səninlə tanış oldum Ya Resulallah. Səni tanımaq, səni bir az olsun anlamaq o qədər xoş gəlmişdi ki ruhuma, sanki çırpınır yorğun düşən ruhum kiçik bir uşaq ədasıyla yerində dayana bilmirdi. O zaman anladım nəyi axtardığımı, ilə xoşbəxt olduğumu, üçün çırpındığımı Məgər mən sənin sevginə möhtac idim Ya Rəsulullah, sənin sevginə Kiçik bir uşaq idim
. İstədiyim olunca o an sevinirdim amma birdən-birə o sevincdən əsər qalmırdı. Anam mənə səni anlatmağa başladıqdan sonra bütün dünyam dəyişdi. Səni artıq hekayələrdən, hədislərindən həyatından tanımağa başlamışdım.
O kiçik qız indi böyüdü, bir gənc qız oldu Ya Rəsulallah. Sənin verdiyin o çətin mübarizəni o da davam etdirməyə çalışır. Sənin yaşadıqların onun ağlından bir an olsun çıxmır. Bir gün Taifə İslamı anlatmaq üçün getmişdin, onlar da səni qovmaqla yetinməyib səni daşlayaraq şəhərdən çıxarmışdılar. Qanlar içərisindəki o halında belə Cəbrayıl (as) Allah; “İstəyirsən bu iki dağı Taifə üzərinə İndir yox olsunlar.” Deyir demişdi, sən isə; Onlar bilmədikləri üçün belə davranırlar:” demişdin. necə gözəl demişdin Ya Rəsulallah. Mərhəmətin sevginin ən gözəl nümunəsini sende gördüm Ya Rəsulallah
O zamanlar sən Allah üçün davan üçün savaştın. Bİr gün Məkkəli müşriklər; “Yetər ki işimizə qarışmasın, ona istədiyi hər şeyi verərikdeyirdilər. Sən Günəşi sağ əlimə, ayı da sol əlimə versələr Davamdan dönmərəmdeyirdin.
Sən onlara qarşı çox səbirli oldun Ya Rəsullallah. Həmişə səbr etdin, mərhəmət etdin, onlara gözəlliklə yaxınlaşdın. Onlar sənə güvənirdilər. Sənə Elmin deyirdilər. Ancaq buna baxmayaraq onları inanclarından döndərməyə çalışan biri olaraq görüb sənə hirslənirdilər. Amma sən yenə səbirli davranırdın.
Ya Rəsulallah; Sən onlara daima yaxşılıqla cavab verdin onlar da yavaş yavaş sənə inanmağa başladılar. Sən davanı ən gözəl şəkildə sonuçlandırdın. Bizə yaşayan QURAN olmağı öyrətdin, sənin yolundan getməyi öyrətdin.
Ya Rəsulullah, zaman ağlıma gəlsən; deyirəm görəsən mən onun kimi ola bilərəmmi? Onun göstərdiyi səbri göstərə bilərəmmi? Bilirəm. Sən daima mənim yanımdasan, mənimlə bərabərsən.
Ya Rəsulallah; o kiçik qız böyüdü gözyaşları içərisində yenə səni canlandırdı, kaş ki mən onun çəkdiyi çətinliklərə ortaq ola bilsəydim deyə bir ah çəkdi. Ya Rəsulallah o kiçik qız kiçik ürəyindəki o sevgini səndə böyütdü, səninlə gözəlləşdirdi. İndi sənin yolundan gedə bilmək üçün çalışır. Sənə hər gün bir az daha yaxınlaşır. Səni çox sevirəm Ya Resulallah. Mən səni sən olaraq, yaşayan QURAN olaraq çox sevirəm.
Sənə gönlümün ən gözəl küncündə böyütdüyüm ən gözəl gülü göndərirəm, adı gözəl, özü gözəl, gül qoxulu MƏHƏMMƏD (SƏS)

mənbə:

Read Previous

Ehtiyacı olan qədərlə yetinmək

Read Next

183 müsəlmana ölüm hökmü oxundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.