• 13 Noyabr 2024

Məsciddə azan oxunmazdan əvvəl namaz qılmaq olarmı?

Məsciddə azan oxunmazdan əvvəl namaz qılmaq olarmı?

Hər bir namazı, onun vaxtı girəndən sonra qılmaq lazımdır. Namazın vaxtı daxil olmazdan bir dəqiqə də olsa qabaq onu qılmaq batildir. Namaz vaxtının girdiyini bildirən əlamətlərdən biri də azandır. Lakin diqqət yetirmək lazımdır ki, bəzən məscidlər və dini icmalar fərqli vaxtlarda, öz düzgün saydıqları cədvəllərə əsasən azan səsləndirirlər. Bəzən məscidlərin azan vaxtları arasında bir neçə dəqiqə fərq olur. Həmçinin, hər hansı səbəb üzündən (məsələn, unutqanlıq, səhv) bir məscidin azanını vaxtından tez və ya gec verə bilərlər. İnsan düzgün saydığı namaz cədvəlinə əsasən ibadətlərini yerinə yetirə bilər. Amma bu zaman da ehtiyat üçün vaxtın üzərinə bir neçə dəqiqə gəlmək məsləhətdir.

Mənbə: islam.az

Read Previous

Tarixi Sultan Əhməd Məscidində sürüşmə baş verib (VİDEO)

Read Next

Bu gün Günəş tutulması olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.