• 23 Dekabr 2024

Mədinə xalqının ən çox ağladığı gün

mescidi-nebeviRəsulullah (sallallahu əleyhi və səlləm) Əfəndimizin vəfatından sonra Peyğəmbərimizin müəzzini Bilal-Həbəşi (radıyallahu anh) kədərindən, mədinə səmalarını titrədən gözəl səsiylə bir daha azan oxuya bilmirdi.
Həzrəti Bilal, əshabın israrlarına dözə bilməyib, nə zaman azan oxumağa başlasa, mehrabda Allah Rəsulunu görə bilməyincə hıçqırıqlarla boğazı tıxanır, səsi kısılır, azan oxumağa müvəffəq ola bilmirdi. Bütün bunlara tab gətirə bilməyən hz. Bilal (ra) içini qovuran eşq atəşini söndürə bilmək üçün Mədinədən uzaqlaşıb Şama getdi.
Bir gün rüyâsında Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimizi gördü. Peyğəmbər Əfəndimiz:
“-Nədir Bu ayrılıq Ya Bilal! Məni ziyarət etmə vaxtın gəlmədi mi? “Deyə gileyləndi.
Bunun üzərinə Bilal (radıyallahu anh) qəmli bir şəkildə oyandı və dərhal yola çıxdı. Aləmlərin Əfəndisinin qəbiri şərifini ziyarət üçün Mədinə-i Münəvvərəyə gəldi. Allah Rəsulu (səllallahu əleyhi və səlləm)-in hüzurunda ağlayıb üzünü gözünü qəbirinə sürdüyü əsnada, Peyğəmbər Əfəndimizin nəvələri Həzrəti Həsən ilə Həzrət Hüseyin gəldilər. Bilal (radıyallahu anh) onları bağrına basıb öpməyə başladı. Onların:
“-Ey Bilal! Azanını dinləməyi çox istəyirik! “Deyə israrları üzərinə azan oxumağa başladı. Elə o andaca bütün Mədinə şəhəri. “Əşhədu ənnə Muhammədər-Rəsulullah” dediyində, qadın-kişi bütün insanlar, Allah Rəsulu (səv)-in dirildiyini zənn edərək Məscidi Nəbəvinin yollarına töküldülər. Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimizin vəfatından sonra Mədinədə insanların bu qədər çox ağladığı bir gün görülməmişdi. (İbn-i Əsir, Üsdül-Ğabə, I, 244-245; Zəhəbi, Siyər, I, 357-358)
Bu Rəsulullah aşiqi mübarək səhabə, altmış yaşında Dəməşqdə vəfat etdi. Vəfatı əsnasında:
“Sabah İnşaallah sevgili dostlarıma; Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm)-ə və yoldaşlarına qovuşacağam.” dedi.
Bunun üzərinə xanımı:
“-Vah Başıma gələnlərə!” Deyə ağlamaya başladı.
Könülü həsrətlə dolu Peyğəmbər aşiqi Bilal (radıyallahu anh) isə:
“-Ah, Nə gözəl, nə xoş!” Deyirdi. (Zəhəbi, Siyər, I, 359)
Çünki onlar Fəxri Kainat Əfəndimizin; “Elə isə sən sevdiyinlə bərabər olacaqsan.” Bəyanına sarılır, əllərindəki ən böyük sərmayə və yeganə təsəlli qaynağı olaraq Allah Rəsulunun məhəbbətini dah da ziyadələşdirməyə çalışırdılar.

Mənbə:islamveihsan.com

Read Previous

Türkiyə bu imamdan danışır!

Read Next

Ağlımızdan necə istifadə etməliyik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.