• 21 Dekabr 2024

MƏSCİDƏ SIĞMAYAN MÜSƏLMANLAR CÜMƏ NAMAZINI KİLSƏDƏ QILDILAR

Almaniyanın paytaxtı Berlində sosial məsafə səbəbilə məscidə sığmayan müsəlmanlar cümə namazını kilsədə qıldılar.

Reutersin xəbərinə görə, Berlinin Neykoln (Neuköln) rayonundakı “Darussalam”  məscidində tətbiq edilən sosial məsafə qaydası səbəbilə bu məbədə sadəcə 50 nəfər yerləşib. Bundan sonra yaxınlıqda olan “Marta Lüteryan” kilsəsinin rəhbərliyi ramazan ayı müddətində öz əsas binasını müsəlmanların ibadət etməsi üçün təsis edib.   

Məscidin imamı Muhamməd Taha Sabri, bu pandemiyanın insanları birbirlərinə yaxınlaşdırdığını, böhranların insanları bir yerə topladığını deyib.  

Kilsənin keşişi Monika Mattias isə azanın xoş təsiri altında qaldığını deyərək, ibadətdə iştirak etdiyini bildirib.

“İbadətdə mən də iştirak etdim. Dualarımı almanca oxudum. Moizədə deyilənlərlə razılaşırdım, çünki eyni qayğıları biz də yaşayırıq. Müsəlmanladan çox şey öyrənməliyik. İnsanların bir birlərinə qarşı bu cür hissləri olması gözəl şeydir.” – deyə Mattias bildirib.

Qeyd edək ki, kovid-19 virusu səbəbilə Almaniyada bir müddət bağlı qalan məbədlər, mayın 4-də sosial məsafə şərti ilə açılıb.

islamveirfan.com

Read Previous

AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Read Next

Şəvval ayında oruc tutmaq