• 22 Dekabr 2024

Şəvval ayında oruc tutmaq

Qəməri təqvimə görə, Ramazan ayından sonrakı ay Şəvval ayıdır. Bu ayda altı gün oruc tutmaq müstəhəbdir. Ayrı-ayrı günlərdə tutula bildiyi kimi, bayram günlərinin ardından ardarda tutulması daha da fəzilətlidir. Qəza, nəzir və s. oruclar da bu günlərdə tutularsa eyni savab əldə edilir. Əbu Əyyub əl-Ənsarinin (r.a) nəql etdiyi bir hədisdə belə buyurulur:

“Hər kim Ramazan ayını oruclu keçirər və arxasınca Şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş olar olar.”[1]

Birə on qat əcr verilməklə Ramazan orucunun on aya, altı gün şəvval orucunun da altmış günə bərabər olduğu və beləcə bütün ilin oruclu keçirilmiş sayılacağı da rəvayət edilmişdir.[2] Çünki Qurani-Kərimdə:

“Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.”[3] buyurulmuşdur.

Digər tərəfdən adət halı səbəbi ilə Ramazan orucu qəzaya qalmış xanımların, altı günün qəzasını bu günlərdə tutmaları onlara da bu əcri qazandırır.


[1] İbn Macə, Siyam,33; Tirmizi, Səvm, 52.

[2] Züheyli, əl-Fiqhul-İslami və Ədillətuh, Dəməşq, 1405/1985, ll, 589

[3] Ənam, 6/160

Read Previous

MƏSCİDƏ SIĞMAYAN MÜSƏLMANLAR CÜMƏ NAMAZINI KİLSƏDƏ QILDILAR

Read Next

ŞƏVVAL AYI VƏ ORUCU.