
Kovid-19 pandemiyası səbəbindən iki aydan artıq müddətdir bağlı olan Məscidi-Əqsa ötən gün sübh namazından etibarən yenidən ibadətə açılıb. Müsəlmanlar təkbirlərin və duaların müşayiəti ilə namaz qılmaq üçün qədim məbədə daxil olublar.
Qüds İslami Vəqflər Departamenti məbədin açılacağını Məscidi-Əqsanın minarələrindən elan edib.
Qeyd edək ki, kovid-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində İslami Vəqflər Departamenti martın 23-də Məscidi-Əqsanın qapanmasına qərar vermişdi. Həmin vaxtdan bəri burada sadəcə məscidin əməkdaşları və mühafizəçiləri namaz qılırdılar.
Mənbə: Anadolu agentliyi