• 26 Dekabr 2024

TÜRKİYƏDƏN YUNANLARA CAVAB: PAYTAXTINDA MƏSCİD OLMAYAN YEGANƏ ÖLKƏ…

Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidində Qurani-Kərim oxunmasına təxribatyönümlü yazıları ilə reaksiya verən Yunanıstan mətbuatına rəsmi Ankara kəskin cavab verib. Türkiyənin Xarici İşlər Nazirliyi verdiyi operativ cavabda Yunanıstanı sahib olduğu kompleksdən uzaq olmağa dəvət edib.

“Ayasofiyada hər dəfə Quran oxunduqdan sonra Yunanıstan mənasız və heç bir nəticəsi olmayan bəyanatlar verməyə davam edir.  

Avropada minarələrdən azan səsləri ucaldığı və qarşılıqlı hörmət prinsipinin əhəmiyyətinin anlaşıldığı bir vaxtda, paytaxtında məscid olmayan yeganə Avropa ölkəsi olan Yunanıstanın Ayasofiyada Qurani-Kərim oxunmasına görə narahat olması həmin ölkənin sahib olduğu psixologiyanın nümayişi baxımından ibrət vericidir.

Kovid-19 pandemiyasını bəhanə edərək Qərbi Trakyada əsrlərdir oxunan azanı susdurmaq istəyənlərin bu səyləri hələ də yaddaşlarda yenidir.

Türkiyə, nə Ayasofiyanın dünya səviyyəsindəki monumental xüsusiyyətinə, nə də Dünya Mədəni və Təbii İrsin qorunması ilə əlaqədar 1972 YUNESKO Konvensiyasına zidd hərəkət etməmişdir. Türkiyənin bir irs elementi olan İstanbulun tarixi yerlərinə göstərdiyi həssaslıq sayəsində bu əsərlər yeni nəsillərə də təqdim edilmişdir.

Ayasofiya Türkiyənin və bəşəriyyətin əhəmiyyətli bir dəyəri kimi qalacaq və mühafizə ediləcək. Yunanıstanı tarixi komplekslərindən qurtulmağa dəvət edirik.” – deyə Türkiyə XİN-in açıqlamasında bildirilir.

Qeyd edək ki, ötən gün İstanbulun fəth edilməsinin 567-ci il dönümü səbəbindən Ayasofiya məscidində Qurani-Kərim oxunmuş və dualar edilmişdi. Yunanıstan mətbuatı isə təxribat yönümülü xəbərlərlə bu məsələyə reaksiya vermişdi.

islamveirfan.com

Read Previous

MƏSCİDİ-NƏBƏVİ SABAHDAN MƏRHƏLƏLİ OLARAQ AÇILACAQ

Read Next

MƏSCİDİ-ƏQSA YENİDƏN İBADƏTƏ AÇILDI