• 27 Dekabr 2024

“Malı sonradan baha satmaq məqsədilə saxlamaq – (MÖHTƏKİRLİK) haramdır “

temel gidaMöhtəriklik etmək qiymətlərin bahalaşması məqsədilə malları tədavüldən götürüb yığmaqdır. Möhtəkir isə, varlanmaq məqsədilə yeyinti və s. zəruri şeyləri ucuz qiymətə alıb saxlayan və sonradan baha qiymətə satıb ehtikarla məşğul olan şəxdir.  İslamda ticarət həyatının sərbəst buraxılaraq qiymətlərin azad rəqabət nəticəsində formalaşması əsasdır. Bəzi mallar ehtikarlıq məqsədilə yığıldıqda, tədavüldə mal azlığı əmələ gəlir və tələbat çoxaldığı üçün qiymətlər süni surətdə qalxmağa başlayır. Möhtəkirin məqsədi də məhz elə budur. Hz. Peyğəmbər belə buyurmuşdur:“Möhtəkir nə pis bir bəndədir! Qiymətlərin düşdüyünü öyrəndikdə qəmgin olur, qalxdığını eşitdikdə isə sevinir”.  Başqa bir hədisdə isə belə buyurulur: “Bir qida mahsulunu 40 gecə (ehtiyac duyulan zaman) anbarda yığıb saxlayan Allahdan uzaqlaşmış, Allah da onu özündən uzaqlaşdırmışdır”.( Əhməd İbn Hənbəl, “Müsnəd”, II, 33.)

Ehtikarlığın meydana gəlməsi üçün aşağıdakı şərtlər olmalıdır:

– Anbarda yığılan mal satın alınmış bir mal olmalıdır.

– Qida məhsulu olmalıdır.

İnsanlar yığıb saxlanılan malı almada çətinlik çəkməli və ehtiyacı olmalıdır. Əbu Yusifə görə, qida məhsullarından başqa, tədavülə çıxarılmaması cəmiyyətə zərər verən hər növ malda ehtikarlıq ola bilər. Malı yığıb saxlama müddəti qırx gündür, lakin cəmiyyətin ehtiyac duymasına görə bu müddət qısaldıla bilər. Belə ki, hal-hazırkı dövrdə benzin, neft və qaz kimi ehtiyac maddələri iki üç gün kimi qısa müddət ərzində satışa çıxarılmazsa, insanlar dərhal sıxıntıya girərlər.

Ümumiyyətlə, möhtəkirlik insanların ehtiyaclarının sui-istifadə edilməsi ilə çox az zəhmət çəkərək asan qazanc əldə etmək məntiqinə söykənən və mənəviyyatın pozğunluğundan irəli gələn antisosial bir hərəkətdir. Xüsusilə də, zəruri ehtiyac maddələri olduqda cəmiyyətin zərərinə yol verməklə yanaşı, uzun müddət davam etdiyi təqdirdə, sosial və iqtisadi böhranlara da gətirib çıxara bilər.  Yuxarıda qeyd edilən hədis, məhz bu kimi insanların əhavali-ruhiyyəsini və insanlıq baxımından düşdüyü səviyyəni açıq-aşkar göstərir.

Nəticə etibarilə, müctəhidlər haram olan ehtikarın meydana gəlmə şərtlərində ixtilaf edərək, əsasən heyvan və insan qidaları üzərində dayansalar da, Hz. Peyğəmbərin (s.ə.s) “Bazara mal gətirənə ruzi verilmiş, möhtəkir isə lənətlənmişdir”( İbn Macə, Ticarat, 6.)  hədisi sözügedən qadağanın sadəcə olaraq yeyinti məhsullarına yox, ehtiyac duyulan bütün mallara şamil olduğuna dəlalət edir. Müasir dövrdə də müxtəlif formada ehtikarlıq növləri vardır. Belə ki, müxtəlif beynəlxalq şirkətlərin birja ilə bağlı qeyri-qanuni fəaliyətlərini burada qeyd etmək olar. Sözügedən şirkətlər öz sahiblərinə iqtisadi, mali və digər mənfəətlər təmin etsələr də, bəzi işləri ilə ölkə iqtisadiyyatına və istehlakçı kütləsinə böyük ziyan vura bilərlər.

Dr. Anar Qurbanov

(fiqh elmləri üzrə mütəxəssis) 

sunna.az

Read Previous

Millətimizə atılan güllələrin ilk hədəfləri

Read Next

Tariximizin qanlı səhifələrindən XOCALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.