• 03 Oktyabr 2024

MARKETLƏRDƏ SATILAN BALIQLAR

İçerikSual: Bildiyimiz kimi Allahın adı çəkilmədən (bismillahsız) kəsilən heyvanların əti haramdır. Bəs bu şərt dəniz məhsulları yəni balıqlar üçün də keçərlidirmi? Mağazalarda satılan balıqları və digər dəniz məhsullarını yemək caizdirmi?

Cavab: Su içində yaşayıb, su içində ölən balıq və digər heyvanlar təmizdir. Ancaq bu heyvanlardan balığın xaricində digər heyvanların ətinin yeyilməsi İslam alimlərindən bəzilərinə görə caiz deyildir.

Balıq növünə daxil olmaq şərtilə daim suda yaşayan və sudan kənarda yaşaması mümkün olmayan heyvanların hamısı başı kəsilmədən də ölsə halaldır. Lakin İslam alimlərindən bəzilərinə görə, özbaşına ölüb suyun üzünə çıxan balıqlar yeyilməz. Ancaq suyun çox isti və ya çox soyuq olması, buzlar arasında qalması, suyun çəkilməsi səbəbi ilə ölən balıqlar özbaşına ölmüş sayılmır və yeyilə bilər.

Sazan balığı, delfin, ilan balığı, balıq adını daşıyan və balığa oxşar hər cür su heyvanının əti yeyilir. Bundan başqa qalan su heyvanları  ikrah hissi verən heyvanlardan sayılır və “xəbais” (təmiz olmayanlar) çərçivəsinə daxildir və yeyilməsi caiz deyil. Məsələn, yengəc, midyə, molyusk, xərçəng, ilbiz və su tısbağası bunlar arasındadır. Eyni zamanda dəniz atı, dəniz aslanı kimi balıq surətində olmayan heyvanların da əti yeyilməz. Marketlərdə satılan balıqlara gəlincə isə yeyilməsində heç bir problem yoxdur.

mənbə:

meneviyyat.az

Read Previous

ÖLMƏK ƏSLİNDƏ YENİDƏN DİRİLMƏKDİR

Read Next

HƏCCƏ GETMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.