15 gün sərnişinlər üçün pulsuz olan dəmir yolu tünelində sərnişin sıxlığı müşahidə olunur.
İstanbulda Asiya ilə Avropanı birləşdirən “Marmaray” tunelində qəza baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 15 gün sərnişinlər üçün pulsuz olan dəmir yolu tunelində sərnişin sıxlığı müşahidə olunur.
Belə ki, sərnişinlərin qəza dəstəyini çəkməsi nəticəsində bir qadın özündən gedib. Bu səbəbdən də tuneldə hərəkət 1 saat 15 dəqiqə dayanıb. Qadın xərəkdə tuneldən çıxarılıb. Bu zaman isə izdiham yaşanıb.
“Marmaray”ın səlahiyyətli şəxslərindən biri bildirib ki, həftəsonu insanların çoxu gəzmək məqsədi ilə tuneldən istifadə etdiyi üçün, sıxlıq olub.
Mənbə: anspress.com