• 28 Mart 2024

Mikayıl Cabbarov: “Orta məktəb şagirdlərinə planşet veriləcək”

İçerik“Son illər ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində I sinfə gedən uşaqların sayı durmadan artır. Bu rəqəm növbəti illərdə daha da artacaq və biz onları hər zaman qəbul etməyə hazırıq”. Bu sözləri Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib.

2013-2014-cü tədris ilində 137 mindən çox şagirdin məktəbə qədəm qoyduğunu deyən təhsil nazirinin sözlərinə görə, Azərbaycanda I sinfə gedəcək uşaqların sayı növbəti illərdə daha da artacaq.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 4513 ümumtəhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər orta məktəb müəllimi var. Azərbaycanda ümumi şagird-müəllim nisbəti 1:8, orta şagird sıxlığı 16 nəfər təşkil edir. Ölkədə 108 ilk peşə ixtas təhsili müəssisəsində 29 min 337 nəfər, orta ixtisas təhsili pilləsində 64 min, 59 ali təhsil müəssisəsində 116 min tələbə təhsil alır. Ölkədəki 44 mülki ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər, magistratura səviyyəsində 11 mindən çox tələbə təhsil alır. Son illər ərzində 2700-dən çox məktəb əsaslı təmir olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb.

Nazir qeyd edib ki, attestasiyada uğurlu nəticə göstərən müəllimlər üçün differensialaşdırılmış əməkhaqqının verilməsi təmin ediləcək. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər keçiriləcək. Onlara növbəti attestasiyaya hazırlaşmaları üçün imkan yaradılacaq. Müəllimlərin karyera inkişafı və fəaliyyətini stimullaşdırmaq üçün yeni sistemin yaradılması məqsədilə müvafiq addımlar atılacaq.

Mikayıl Cabbarov həmçinin bildirib ki, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş planşetlərlə təmin olunması istiqamətində hazırlıq işləri aparılmalıdır.
Mənbə
ANS PRESS

Read Previous

Baş nazir ilahi oxudu (VİDEO)

Read Next

Fransada hicaba icazə veriləcək? (VİDEO)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.