• 26 Dekabr 2024

MÖMİNLƏR BİR VÜCUD KİMİDİR

Həzrəti Mövlanə buyurur:

“Şəms (qüddisə sirruh) mənə bir şey öyrətdi. – Əgər dünyada tək bir mömin üşüyürsə, sən isinmə haqqına sahib deyilsən! – Bilirəm ki, dünyada üşüyən möminlər var və mən artıq isinə bilmirəm…”

Əzab çəkənin vəziyyətini, yenə əzab çəkən başa düşər. Əzabkşin dostu yenə əzabkeşdir. Mömin kədərlərin yaxınlığında, yalqızların böründə olmalıdır.

Rasulullah (SAV) Hədisi-Şərifdə belə buyurur:

“Bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərini qorumaqda möminlər bir vücuda bənzəyirlər. vücudun bir üzvü xəstə olanda, digər üzvlər də bu səbəbdən yuxusuzluğa və hərarətli xəstəliklərə məruz qalır.” (Buxari, Ədəb, 27, Müslim, Birr, 66)

“Qonşusi ac ikən tox yatan bir nəfər, (kamil) mömin deyildir!” (Hakim, II, 15)

Mənbə: Osman Nuri Topbaş, “Hz. Mövlanə”

Read Previous

MƏSCİDİ-ƏQSA YENİDƏN İBADƏTƏ AÇILDI

Read Next

AZƏRBAYCANDA QURBAN BAYRAMININ QEYD EDİLƏCƏYİ GÜN AÇIQLANIB