• 25 Dekabr 2024

Müəllimlərə tövsiyələr

muellimİçinə qapalı, özünü qurtarmanın üzərinə çıxmayan bir anlayış Rəbbani anlayış deyildir. Bütün insanları içinə sığdırabiləcək qəlblər möminlərin qəlbləridir. Hamımız, dinimizin vəzifəlisiyik. Hamımız, insan olmanın əvəzini ödəməyə hazırıq. Mömin idrakı belə olmalıdır. Hər mömin özünü, Allahın ona bəxş etdiyi qabiliyyət və imkanlar daxilində vəzifəli saymalıdır. Hamımız müəllimik öyrənir və öyrədirik. Xüsusilə peşəsi müəllim olanımız üçün isə əlavə edilə biləcək bir neçə cümləmiz daha vardır:
a- Bizdə elm əməl üçündür. Öyrədən öyrətdiyini yaşamadıqca bərəkətli elm tədris edə bilməz. Başda əxlaq olmaq üzrə, elm müəllimin üzərindən izlənəbilməlidir. Bu, müəllimləri təsirli hala gətirər.
b- Mərhəmət və səbir müəllimin iki əsas silahıdır. Tələskən olmayan və mərhəmətlə rəftar edən qazanar.
c- Kim hansı sahədə müəllimlik edirsə, o sahədəki inkişafların gerisində əsla qalmamalıdır. Davamlı özünü yeniləməlidir. Peşəsinin aşağı vəziyyətdə olan bir müəllim təsirli ola bilməz.
d- Müəllim, qiymətini silah olaraq istifadə etməməlidir. Silah olaraq razı salmağı və səbirlə gözləməyi istifadə etməlidir ki fərqli olsun.
e- Müvəffəq bir müəllim vəiyyəti başqaları ilə çox yaxşı götür-qoy edən müəllimdir.
f- Müəllim, olduğu yeri, cəbhənin ən uc nöqtəsi olaraq görməli və diqqətlə vəzifəsini yerinə yetirməlidir.
g- Müəllim, peşəsini mövqeyinə xidmət etdirərək dünyalıq və axirətlik fürsətləri eyni anda dəyərləndirmiş olur. Çox dua edərək, əsla səbirdən vazgeçməyərək, insanlarla münasibətlərimizdə özümüzü inkişaf etdirərək, evdə və işdə müəllim vəziyyətində yaşamağa çalışacağıq ki, Allahın köməyi ilə yol alaq.
İşiniz mübarək və bərəkətli olsun.

Mənbə:gencdoku.com

Read Previous

Müsəlmanın evinin qayda qanunları

Read Next

Həcc şüuru

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.