• 21 Dekabr 2024

Mübarək üç aylar və üç aylarda oxunacaq dua

Rəbbimizin rəhmət dəryasının coşduğu üç aylar olaraq adlandırılan günlər, gecələr və qəndillərə qovuşmaq üzrəyik. 9 Aprel 2016 Cümə günü üç ayların başlanğıcıdır.
İçərisində bir-birindən qiymətli gecələrin olduğu Rəcəb, Şaban və Ramazan aylarına Peyğəmbər Əfəndimiz (səv) xüsusi bir qiymət vermişdir.
Dinimizdə ayrı bir dəyəri olan üç ayların, insani xüsusiyyətlərin formalaşmasında və iradənin nəzarət altına alınmasında rolu böyükdür. Çünki Rəcəb və Şaban aylarının feyzindən və bu aylarda olan Rəqaib, Merac və Berat gecələrinin rəhmətindən istifadə edən hər hansı bir nəfər, Ramazan ayında hər cür pislikdən özünü uzaq tutar və insani xüsusiyyətlərinin artmasına cəhd göstərər. Nəhayət Qədr gecəsində edəcəyi ibadət və tövbə ilə mənəvi ikramlara nail olar.
Bu səbəblə xüsusilə, bu aylarda bol bol istiğfar etmək, namaz qılmaq, Quran oxumaq və dua etmək ən uyğun davranışlar olaraq zikr edilir. Digər tərəfdən gündüzləri oruclu keçirmək, haqqı olan kəslərlə halallaşmaq, yoxsulları qorumaq, yaxşı iş görmək bu günlərin ən gözəl əhya şəkillərindəndir.
Rəcəb-i Şərif girdiyi zaman Nəbiyyi Əkrəm -sallallahu əleyhi və səlləm-:

receb_ayinda_okunacak_dua

 

 

 

 

 

 

“Ey Rəbbim! Bizə Rəcəbi və Şabanı mübarək et və bizi Ramazana çatdır “deyə dua edərdilər.

Əbu Səid əl-Xudri -radıyallahu anh-, Rəsulullah -səllallahu əleyhi və səlləm- Əfəndimizin belə buyurduğunu demişdir: “Allahu Təala yanında ayların sayı on ikidir. Göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında bu belədir. Bu aylardan dörd dənəsi haram (hörmətli) aylardır. Biri Allahın esam ayı deyilən Rəcəbdir. Digər üç dənəsi dalbadal olub, bunlardır: Zilqədə, Zilhiccə və Məhərrəm. Ancaq, Rəcəb Allahın ayıdır, Şaban mənim ayımdır və Ramazan da ümmətimin ayıdır.

Cahiliyyə Dövründə də bu ayda qılınclar qınına soxular, qanlı ehtiraslara sükunət örtüsü çəkilərdi. İslamiyyət gəlincə  Rəcəb ayına göstərilən bu hörmət və təzim davam etdi. Bu mübarək ay, ilk Cümə gecəsi (mələklərin dili ilə) Rəqaib və 27-ci gecəsi Mirac olmaq üzrə iki mübarək gecə ilə şərəfləndirildi.
Bu gecələri Allah Rəsulunun feyz və məhəbbəti ilə keçirmək ən mühüm vəzifələrimizdən biri olmalıdır. Çünki Allah Rəsulunun məhəbbəti, qəlbimizn səadət sərmayəsidir. Ona məhəbbətlə itaət edən, Ona könül verən bəxtiyarlar, Allahın nemətlərinə nail olan peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər karvanına qatılan əbədiyyət yolçularıdır.

Mənbə:islamveihsan.com

 

Read Previous

23 il sonra Lələtəpədə Quran səsləri eşidildi

Read Next

Peyğəmbərimiz (səv) nə qədər su ilə dəstəmaz alardı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.