Məkkədə müqəddəs Kəbə evinin açarının dəyişdirilməsi və yuyulması mərasimi keçirilib.
İslam.az-ın verdiyi xəbərə görə, mərasimdə iştirak edən Məkkənin valisi Xalid Feysəl Kəbənin açarını onun xidmətçisi Əbdül-Qadir Şeybiyə verib. Bu mərasimdə İslam ölkələrindən gələn bir sıra qonaqlar və nazirlər də iştirak ediblər.
Kəbə evinin yeni açarı xalis qızıldan hazırlanıb və onun üzərində Qurani-Kərimin Maidə surəsinin 97 və Ali-İmran surəsinin 96-cı ayələri, bir sıra zikr və dua yazılıb.
Bildirək ki, Kəbə evinin zəmzəm suyu və İrandan gətirilmiş xüsusi gülabla yuyulması mərasimi ildə iki dəfə keçirilir və mərasimdə Səudiyyə Ərəbistanının kralı şəxsən iştirak edir.
mənbə:
islam.az