• 15 Noyabr 2024

Müsəlman oldu , indi də həccə getdi.

 

doornİslam dini əleyhinə çəkilmiş “Fitnə” adlı filmin prodüserlərindən Arnoud van Doorn , İslam dinini qəbul etdikdən sonra həccə getmiş və qısa bir müddət əvvəl ölkəsinə dönmüşdür.

Hollandiyada həddindən artıq sağçı və İslam düşməni “Özgürlük” Partiyasının köhnə idarəçilərindən olan Doorn , həccdən qayıtdıqdan sonra duyğularını paylaşdı. Bir zamanlar İslama qarşı düşmənçilik bəslədiyi üçün vicdan əzabı çəkdiyini işarə edən Doorn, “Belə bir filmin çəkilişində iştirak etdiyim üçün çox peşmanam. Günahlarımın əfv olunması üçün müqəddəs torpaqlara getdim. Ümid edirəm Allah məni bağışlayar və tövbəmi qəbul edər”, deyə etiraf etdi. Həcc ibadətini yerinə yetirərkən mənəvi rahatlıq tapdığına işarə edən Doorn, həyatının ən gözəl günlərini Məkkə və Mədinədə keçirdiyini dilə gətirdi. Təxminən bir il əvvəl Müsəlman olan Doorn, Twitterdə “həyata yeni bir başlanğıc etdiyini” söyləyərək, kəlmeyi-şəhadət gətirmişdi.

Qaynaq: Zaman qəzeti

Read Previous

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Read Next

Kişinin xanımı üzərindəki haqqları

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.