• 15 Noyabr 2024

Müsəlmanlar bir bina kimidirlər

kardeslik

أَلْمُؤْمِنُ لِلْمُؤْمِنِ كَالْبُنْيَانِ يَشُدُّ بَعْضُهُ بَعْضًا

Mömin digər mömin üçün bir hissəsi digərinə möhkəm keçmiş və bir-birini sıx tutan binalar kimidir.(Buxari, Salət 88, Məsalim 5, Müslim, Birr 65)

Bir çox hədisdə şahid olduğumuz kimi, Hz. Peyğambər (s.ə.s) bəzi mövzuları anladarkən təşbehdən istifadə etmişdir. Bu hədisdə də, möminlərin bir-birlərinə əl tutmalarını, öz aralarında köməkləşmələrini, bir binanın təməlinin bir-birini möhkəm tutmasına bənzədib. Belə bir bina sağlam və uzn ömürlü olar. Əks təqdirdə ayaqda dura bilməz yıxılar. Müsəlmanlarda bir-birlərini belə tutmazlarsa, yardım etməzlərsə, bir-birlərinin sıxıntı və dərtlərinə ortaq olmazlarsa o zaman müsəlmanların zəifləməsinə, parçalanmasına səbəb olar. Necə demişlər sürüdən ayrı düşən qoyunu qurd yeyər. Həqiqətən İslam tarixinə baxdığımız zaman bunun həm müsbət həm də mənfi tərəflərini görərik.

Möminlər arasındakı yardımlaşmanı təkcə maddi yöndən ələ almaq doğru olmaz. Mənəvi yöndən qardaşlıq, dostluq, səmimiyyət, bir-birini sevmək İslam dininin əmir və qadağaları, ibadətlər, fərzlər, haramlar bu qardaşlığın və yardımlaşmanın meydana gəlməsində əsas amillərdir.

Müsəlmanlar birlik və bərabərliyi təmin etmək üçün hər zaman sağlam bir bina kimi olmalıdırlar. Əks təqdirdə İsalamı tək başına yaşamaq çox çətindir.

اَلْمُسْلِمُ أَخُو الْمُسْلِمِ، لَا يَخُونُهُ وَلَا يَكْذِبُهُ وَلَا يَخْذُلُهُ، كُلُّ الْمُسْلِمِ عَلَي الْمُسْلِمِ حَرَامٌ: عِرْضُهُ وَمَالُهُ وَدَمُهُ اَلتَّقْوَي هٰهُنَا، بِحَسْبِ اِمْرِءٍ مِنَ الشَّرِّ أَنْ يَحْقِرَ أَخَاهُ الْمُسْلِمَ

Müsəlman müsəlmanın qardaşıdır.Ona xəyanət etməz, yalan danışmaz və köməyini əsirgəməz. Hər bir müsəlmanın digər müsəlmana namusu, malı və qanı haramdır. Təqva bax buradadır( üç dəfə sinəsinə işarə edərək). Müsəlman qardaşını xor görməsi bir adama şər olaraq kifayətdir.(Tirmizi ,Birr 18)

Əsl müsəlman əmanətə xəyanət etməyən şəxsdir. Çünki əmanətə xəyanət münafiqin əlamətlərindəndir. Müsəlman, münafiqə aid bir xüsusiyyəti öz üzərində daşımamalı və müsəlman şəxsiyyətinə xələl gətirməməlidir. Kafir və münafiqin hörmət ediləcək bir vəsfi yoxdur. Onlar bəzi söz və hərəkətlərində düzgün ola bilərlər, ancaq Allah qatında bir savab və mükafat qazana bilməzlər. Çünki onlar etdikləri işlərlərində Allaha yaxınlıq, savab, axirət mükafatı deyə bir inanca sahib deyillər. Sadəcə dünyalıq mənfəət düşünərlər. Allah-Təalada onlara dünyalıq rizqini verər.

Yalan, İslam dinin qətiyyətlə pislədiyi bir xususiyyətdir. Yalan və yalançılıq, inanmayanların və münafiqlərin xüsusiyyətidir. Qurani-Kərimin bir çox ayəti və Peyğəmbərimizin (s.ə.s) hədislərində doğru olmağın fəzilətindən yalanın isə pis bir xususiyyət olduğundan bəhs edilir.

Müsəlmanın müsəlmanı tərk etməsi, ondan ayrılması, din qardaşına kömək etməməsi düşünülə bilməz. Məzluma kömək etməyi və zalimin zülmünə əngəl olmağı tərk edə bilməz. Çünki bu hərəkətlər hər müsəlmana gücünün yetdiyi qədər etməsi vacibdir. Allah-Təala belə buyurur. “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın”. (Maidə 2)

İslam dini insanların canının, malının və namusunun qorunmasında böyük rol oynayır. Buna görə də, canı, malı, ailəsi, namusu, dini və ağlı qorumaq üçün mübarizə aparmaq lazımdır. Bu mübarizə əsnasında ölənlər də, şəhid sayılarlar. Çünki bunların hər biri insanların şəxsi haqlarıdır.

İslam dinin əsas hədəfi yaxşı əməlləri yer üzərinə yaymaq, pis əməlləri isə ortadan qaldırmaqdır. Bu mümkün olmasa belə ən azından pisliyi ən aşağı səviyyəyə endirməkdir.

 

Read Previous

Ayət və hədislərlə ata-ana haqqı

Read Next

İdrakın bitdiyi yer

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.