• 08 Oktyabr 2024

Müsəlmanlardan Putinə məktub

basortusuRusiya Federasiyasının müftisi Ravil Qaynutdin ölkə başçısına məktubla müraciət edib.
Müsəlmanların dini rəhbəri müraciətində hicablı məktəbli qızların hüquqlarını qorunmasını xahiş edib.
Ali Məhkəmə 11 fevralda müsəlman-məktəblilərin valideynlərinin Mordoviyada hicab qadağası məsələsi ilə bağlı şikayətinə baxacaq. Rusiyada yaşayan müsəlman qızların baş örtüyü problemi təzə məsələ olmadığından, Ali Məhkəməyə müraciət də ilk deyil.
2013-cü ilin yay aylarında Rusiya Federasiyası Ali Məhkəməsi Stavropol vilayəti məhkəməsinin müsəlman məktəblilərin məktəbə hicabla getməsini qadağan edən qərarını qüvvədə saxlamışdı.
Sənəddə deyilir: “Gettoda və ya xüsusi müəssisələrdə deyil, ümumi məktəblərdə öz yaşıdları ilə birlikdə oxumağı və ünsiyyət saxlamağı arzu edən qızlara görə ürək ağrıyır. Axı onlar cəmiyyətə faydalı olmağa, işçi və alim, həkim və pedaqoq olmağa çalışırlar. Onlar müxtəlif millətlərdən və dinlərdən olan yaşıdları ilə ünsiyyət saxlamaq və dostluq etmək istəyirlər – Avrasiya sivilizasiyasının çoxrəngli palitrası daim belə olub”.
Müfti qeyd edib ki, yaranan problem təkcə “qadın” problemi deyil.
Qaynutddin hesab edir ki, “örtük məsələsi” vasitəsilə xaricdən dözümsüzlük, antidemokratizm, xalqlar dostluğunun Avrasiya ənənlərinə hörmətsizlik aşılayırlar. Təvazökar geyimləri parçalayaraq, Rusiya dünyasının çox gözəl və mürəkkəb naxışlı parçasını parçalamağa çalışırlar. Bu isə artıq kişi məsələsidir”.
mənbə:

Read Previous

Fevral 2015

Read Next

İŞİD-in misirli komandiri 4 milyon dollar “zəkat” pulunu götürərək, Suriyadan qaçıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.