• 15 Noyabr 2024

Müsəlmanlardan üzr istədi

quber-namTokio şəhərinin qubernatoru Naoki İnose İslam ölkələri barədə söylədiyi və böyük qalmaqala səbəb olduğu ifadələrinə görə üzr istəyib. Bununla əlaqədar olaraq o, təcili şəkildə Tokioda mətbuat konfransı keçirib.

“Mən özümün nalayiq ifadələrimə görə üzr istəyirəm. Mən, İslam ölkələrində başqa cür anlaşılacaq ifadələrimə görə çox utanc keçirirəm”, – deyə qubernator bildirib.

Xatırladaq ki, ötən həftə Amerikanın “New York Times” qəzeti Tokio şəhərinin qubernatoru ilə İstanbulun 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizədliyi ilə əlaqədar müsahibəsini dərc edib. İlk dəfə İslam ölkəsinin bu oyunlara ev sahibliyi etmək istəməsinə münasibət bildirən şəhər rəhbəri nalayiq ifadələr işlədib.”Bu ölkələrin Tanrıdan başqa heç nələri yoxdur və onlar hər zaman öz aralarında savaşır. Tokio isə böyük şəhərdir. Digər şəhərlər bir o qədər yaxşı deyil”, – deyə qubernator bildirmişdi.

 

 

din.az

Read Previous

İsveçdə ilk dəfə minarədən azan oxundu

Read Next

Suriya televiziyası Quran ayələrini dəyişdirməkdən belə çəkinmir (VİDEO)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.