• 26 Dekabr 2024

Müsəlmanların bəzi halları

  • Mağazaya gedən bir insan, cibində 5 manat pulu varsa, bu pula nə ala bilərəm ki, deyə düşünər. Ancaq 5 manat sədəqə verməli olsa, çox olduğunu düşünər.
  • 10 dəqiqə zikir edən insan, bu vaxtın çox olduğunu fikirləşər. Bunu əksinə film və ya futbol matçı izləsə, bu zaman iki saatdan çox olsa da yadırğamaz.
  • Futbola bazan biri, oyun uzanarsa, xoşuna gələr. Amma Cuma namazında xütbə bir qədər uzansa narahat olar.
  • İnsan eşitdiyi dedi – qoduya tez inanar. Bunun əksinə dəqiq olduğunu bildiyi hər şeyi gec qəbul edər, inad edər.
  • Bir insan məsciddə bir saat ibadət edərək vaxtını keçirsə, onun üçün çox uzun zaman olar. Televizora baxdığı bir saat isə çox az gələr. 
  • Namaz əsnasında dünya işlərini hər insan düşünər, amma adi zamanlarında  İslamiyyəti düşünmək istəməz.
  • İnsana bir surəni və ya təfsirini oxumaq ağır gəlir, ancaq çox səhifəli də olsa, bir romanı oxumaq ağır gəlməz.
  • Konsertdə ön sıradakı yerlərdə oturmaq üçün çalışan insan, məsciddə ilk səfdə olmaq üçün can atmaz. Məsciddən tez çıxmaq üçün arxalarda yer seçər.
  • Bir Ayə və ya hədis əzbərləmək çətindir. Yeni çıxan hit mahnıların hamısını bilir.  
  • Dini bir söhbət və ya konferans üçün vaxt yoxdur, dünyəvi işlər üçün isə vaxt həmişə vardır.
  • Peyğəmbərlərin və səhabələrin adlarını bilməyən insanlar, onlarca futbolçunun adını və haqqında bir çox şeyi bilir.
  • İslami mövzuları dinləmək, onlardan danışmaq çətindir. Qeybət və dedi – qodunu dinləmək xoşdur, asandır.
  • İnsan Cənnətə getmək istər, amma heç bir şey etməz.
  • Hər gün ölüm xəbəri eşidən insan, özünün də bir gün öləcəyini düşünməz.

Read Previous

Hikmət nədir?

Read Next

Ərəb dili dərsləri – dördüncü dərs (2)