• 27 Dekabr 2024

Müsəlmanların dünyanı dəyişən kəşfləri

imagesİngiltərənin ən qabaqcıl qəzetlərindən biri “The Independent” müsəlman dünyasının Avropa və dünyanı dəyişən ixtiralarından yazıb. ANS PRESS-in məlumatına görə, siyahıda qəhvə, cərrah alətləri, diyircəkli qələmin kəşfi də var.

Dünyada ilk dəfə işığın gözə girərək qırılması nəticəsində ətrafı gördüyümüzü 10-cu əsrdə yaşayan müsəlman alim İbn Haytami tapıb.

Şahmat ilk dəfə İranda formalaşmağa başlayıb və buradan Qərbə yayılıb. İspanlar 10-cu əsrdə Əməvilərin sayəsində şahmatla tanış olublar.

Vriqht qardaşlarının ilk uçma sınağından 1000 il öncə 852-ci ildə Abbas İbn Firnas adlı bir ərəb taxta qanadlarla məscid minarəsindən uçmağa cəhd edib. Təbii olaraq uça bilmədi. Amma qanadların yaratdığı paraşüt effekti sayəsində yerə qəzasız enə bildi. Eyni şəxs 70 yaşında ipək və qartal tükləri ilə ikinci dəfə cəhdini təkrarlayıb. O, 10 dəqiqə havada qalıb.

Xaç yürüşlərində müsəlmanları dəhşətə gətirən xristian əsgərlərin vəhşiliyindən çox onların yuyunmaması və bədənlərindən pis qoxu gəlməsi olub. Sabun qədim Misirdə də var idi. Amma ərəblər ona qoxulu yağlar əlavə edərək müasir sabunu yaratdılar. Şampun da ərəb icadıdır. Bu məhsul İngiltərəyə ilk dəfə 1759-cu ildə gəlib.

Mayelərini qaynama temperaturuna görə bir birindən ayrılmasını müsəlman alim Jabir ibn Hayyan kəşf edib. O, müasir kimyanın qurucularından sayılır.

Rəvayətə görə, cənub Efiopiyada Kaffa bölgəsində Xalid adlı bir çoban qoyunların bir bitkini yedikdən sonra canlandıqlarını görüb. O, bu bitkini toplayıb, qaynadaraq içib. Bu içkidən sonralar gecələr oyaq qalaraq dua etmək istəyən sufi alimlər içiblər. Qəhvə 1645-ci ildə Venesiyaya gedib. Londonda ilk qəhvəxananı türk açıb.

Minlərlə insanın həyatını xilas etmək üçün istifadə edilən ilk cərrah alətləri müsəlmanların ixtirasıdır. Əl Zehravinin dizaynı olan 200-ə yaxın alətdən bu gündə istifadə edilir. Heyvan bağırsağından hazırlanan iplərlə olan tikişlərin tez zamanda itdiyini də o kəşf edib.

Külək dəyirmanı ilk dəfə İranda kəşf edilib, ərəb ölkələrində yayılıb. Avropada ilk külək dəyirmanı bundan 500 il sonra istifadə edilib.

İlk peyvənd İslam dünyasında istifadə edilib. Çiçək xəstəliyinə qarşı peyvəndin Avropada istifadəsindən 50 il öncə ondan Osmanlıda istifadə edilirdi.

İlk diyircəkli qələm 953-cü ildə kəşf edilib. Qələm əllərini mürəkkəblə çirkləndirmək istəməyən Misir sultanının istəyi ilə hazırlanıb.

Cəbr və triqonometriya İslam dünyasından Avropaya yayılıb.

Xalını Avropaya aparan müsəlmanlar olublar.

Doqquzuncu əsrdə çox sayda İslam alimi dünyanın günəş ətrafında döndüyünü deyirdi. Yəni Qalileydən 500 il öncə.

Ərəblər barıtdan ilk dəfə hərbi məqsədlərlə istifadə ediblər.

Orta əsrlərdə Avropada bir çox evin baxçasında bitkilər yetişdirilirdi. Baxça mədəniyyəti və dekorasiyası Avropaya İslam dünyasından gedib.

mənbə:

din.az

Read Previous

Ramazanın başlanma tarixi dəqiq bilinmir. (QMİ)-dən açıqlama

Read Next

İŞİD müftisindən iyrənc fətva

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.