Mömin, fərasət sahibi olmalı, danışma üslubunu həmsöhbətinə görə tənzimləməlidir. Çünki bir kimsəni sevindirən bir davranış, başqa birisini də kədərləndirə bilər.
Bu səbəbdən həmsöhbətinin psixoloji vəziyyətini təsbit edə bilmək və iki üç mərhələ sonrasını düşünərək söz söyləmək lazımdır. Yəni ən sonda deyiləcək bir sözü ən başda söyləməmək lazımdır. İnsanlar da daim belə fərasət sahibi kəslərin nəsihət və bəyanlarına heyran olur və etimad edərlər.
Bunun üçündür ki Peyğəmbər Əfəndimiz (səv) insanlara maraq duyacaqları mövzulardan bəhs edər və həmsöhbətinin idrak səviyyəsinə görə danışma üslubunu tənzimləyərdi. Bir bədəviyə, onun anlaya biləcəyi təməl əsasları təbliğ edər, yüksək istedadlı səhabələrinə isə onların səviyyəsindəki sirr və hikmətləri də nəql edərdi. Necə ki Peyğəmbər Əfəndimiz (səs)-in Həzrəti Əbu Bəkir ilə xüsusi bir söhbətinə şahid olan Həzrəti-i Ömər (ra) böyük elm və mədəniyyətinə baxmayaraq: “Mən onların yanında sanki Ərəbcə bilməyən bir şəxs kimi qaldım. Sözlərindən bir şey anlaya bilmədim. “Demişdir.
Belə yüksək həqiqətlərin zəyif idraklı insanlar tərəfindən səhv başa düşülməsinə mahal verməmək üçündür ki, Peyğəmbər Əfəndimiz (səs): “Ey İbn-i Abbas! İnsanlara ağıllarının götürməyəcəyi bir söz söyləmə. Çünki belə etməyin, fitnəyə düşmələrinə səbəb olar. “Buyurmuşdur. (Deyləmi, V, 359) Həzrəti Mövlana da sanki bu hədisi-şərifin şərhi mahiyyətində: “Korlar bazarında güzgü satma, karlar bazarında qəzəl atma!” Deyə nəsihət etmişdir.
Bir gün Rəsulu-Əkrəm (səs) dəvəsinin üzərində, yoldaşları da onun qarşısında gedirdilər. Muaz bin Cəbəl (ra) “Ey Allahın Elçisi! Sizi narahat etməyəcəksəm, yanınıza yaxınlaşmağıma icazə verərsinizmi? “Deyə soruşdu. Peyğəmbər Əfəndimiz (səv) icazə verincə Muaz (ra): “-Canım Sənə fəda olsun, ya Rəsulallah! Uca Allahdan niyazım, bizim əmanətimizi Səndən əvvəl almasıdır. Allah göstərməsin amma, Sən bizdən əvvəl vəfat etsən, Səndən sonra hansı ibadətləri edək? “Deyə soruşdu.
Həzrəti-i Peyğəmbər (səs) bu suala cavab vermədi. Bunun üzərinə Muaz (r.a.):
“Allah yolunda cihad mı edək?” Deyə soruşdu.
Peyğəmbər Əfəndimiz (s.a.s.):
“Allah yolunda cihad gözəl şeydir; amma insanlar üçün bundan daha xeyirlisi vardır. “buyurdu.
“-Yəni Oruc tutmaq, zəkat vermək mi?”
“-Oruç Tutmaq, zəkat vermək də gözəldir.”
Muaz (ra) bu minval üzrə insanoğlunun etdiyi bütün yaxşılıqları sayıb tökdü. Rəsulu-Əkrəm (səv) hər dəfə: “-İnsanlar Üçün bundan daha xeyirlisi vardır.” Buyururdu.
Həzrəti-i Muaz (r.a.): “Anam-atam sənə qurban olsun, insanlar üçün bunlardan daha xeyirli olan nədir?” Deyə soruşduqda Peyğəmbər Əfəndimiz (səs) ağzını göstərdi və:
“-Xeyir danışmayacaqsansa susmaq.” Buyurdu.
Muaz (r.a.):
“Danışdıqlarımızdan ötəri hesaba cəkiləcəyikmi ?” Deyə soruşdu.
Bunun üzərinə Rəsulullah (səv) Həzrəti Muazın dizinə yüngülcə vuraraq ona bunları söylədi:
“Allah xeyrini versin ey Muaz! İnsanları üzüstə Cəhənnəmə sürükləyən, dillərinin söylədiyindən başqa nədir ki? Kim Allaha və axirət gününə inanırsa, ya xeyirli söz söyləsin ya da sussun, zərərli söz söyləməsin! Sizlər xeyirli söz söyləyərək qazanclı çıxın, zərərli söz söyləməyərək rahat və hüzura qovuşun. “(Hakim, IV, 319/7774) Bu səbəbdən mömin, söyləmiş olduğu sözlərin ilahi kameralar tərəfindən daim yazıldığını əsla unutmamalıdır. Necə ki, ayəti kərimədə belə buyurulmuşdur: “İnsan heç bir söz söyləməz ki, yanında durub gözləyən yazmağa hazır bir mələk olmasın.” (Qaf, 18)
Bu dünyada hər sözümüzdən ötəri hesaba çəkilməsək də axirətdə mütləq hesaba çəkiləcəyik. Buna görə ağzımıza girən loxmalar qədər ağzımızdan çıxan sözlərə də ciddi diqqət etməyimiz şərtdir. Yenə bu hikmətə görədir ki, Quran-ı Kərimdə, söz söyləmə ədəbinə, yəni necə danışılıb necə danışılmayacağı xüsusuna böyük əhəmiyyət verilir.
Mənbə:islamveihsan.com