• 22 Noyabr 2024

Müsəlmanlar ayağa qalxdı

muselmanlarayagaqaxdi765Belçikanın paytaxtı Brüsseldə Yəhudi muzeyinə təşkil olunan və dörd adamın ölümü ilə nəticələnən silahlı hücum Fransada yaşayan müsəlmanları ayağa qaldırıb

Politika.Az xəbər verir ki, bu gün Fransa İslam Şurası hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda Avropada yaşayan müsəlmanların bu hadisəni qınadığı, terrora qarşı bütün dünya dövlətlərinin birləşməsinin zəruri olduğu vurğulanıb. Bəyanatda həmçinin, İslam dininin terrorist deyil, sülh və barış dini olduğu qeyd olunur.

Qeyd edək ki, müsəlman adına xələl gətirəcək belə addımların atılmasının yolverilməz olduğu deyilən bəyanatda dini mənsubluğundan asılı olmayaraq, hər kəsin terrorrizmə qarşı mübarizə aparmalı olduğu vurğulanıb.

Fransa İslam Şurası ən sərt ifadələrlə baş vermiş hadisəni qınayaraq terrorizmin İslam dini ilə heç bir bağlılığının olmadığını bildirib.

Xatırladaq ki, ötən ayın 24-də Belçikanın paytaxtı Brüsseldə Yəhudi muzeyinə 4 nəfərin ölümü ilə nəticələnən hücum olub. Hücumun İraq-Şam İslam Dövləti (IŞİD) terror təşkilatı ilə əlaqəli bilinən 29 yaşlı Fransa vətəndaşı Mehdi Nemmoç tərəfindən təşkil edildiyi bildirilib.

mənbə:

din.az

Read Previous

İyun 2014

Read Next

İmtahanqabağı yaddaşı gücləndirən qidalar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.