• 22 Dekabr 2024

“Müsəlmanların lideri” seçildi

muselmanlarin-lideri

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “müsəlman lider” seçilib.

Ərdoğan Bosniya-Herseqovina İslam Birliyinin mətbu orqanı olan “Preporod” qəzetinin keçirdiyi sorğu nəticəsində, “İslama və müsəlmanlara etdiyi etdiyi xidmətlərini görə” 2012-ci ilin “müsəlmanların lideri” seçilib.

Məlumatda bildirilir ki, qəzet “ilin hadisəsi” və “ilin adamı”nı təyin etmək üçün anket-sorğu keçirib. Sorğuda təhsil işçiləri, alimlər, qeyri-hökumət təşkilatlarının üzvləri və oxucular iştirak edib.

Qeyd edək ki, Fələstinin 132 ölkənin dəstəyi ilə “üzv olmayan müşahidəçi dövlət” statusu qazanması da ilin hadisəsi seçilib.

Read Previous

Boşanmaların qarşısını almaq üçün “İrşad heyəti”

Read Next

Osmanlı padşahları nə üçün həccə getmədi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.