• 28 Mart 2024

Namaz qılan bir insanın bankda işləməsi gunahdırmı?

Birbaşa sualın cavabına keçməzdən əvvəl qeyd etmək lazımdır ki, ümumiyyətlə, İslam dinində iqtisadi sistemin bünövrəsi faizə qarşı mübarizəyə, faizi fərdin və cəmiyyətin bərəkətini yox edən, dünya və axirətdə isə böyük əzaba məruz qalmağa səbəb olan böyük günahlardan hesab etməyə söykənir. Uca Allah “əl-Bəqərə” surəsinin 276-cı ayəsində belə buyurur: “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!”. Başqa bir Quran ayəsində isə deyilir: “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!). Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (əl-Bəqərə, 278-279). Qeyd olunan ayələrdən Allahın ribanı, yəni, faizi haram qıldığı açıq-aydın məlum olur.

Peyğəmbərimizdən (s) rəvayət edilən hədislərdə faizin, bu işlə məşğul olmanın böyük günah olduğu vurğulanır. Səhabədən İbn Məsudun (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisi qeyd etmək kifayətdir: “Peyğəmbərimiz faiz yeyəni, yedirəni, şahidlərini və yazdıranı lənətləmişdir”.

Bütün bu bu ayə və hədislər faizli sistemlərdə çalışan möminləri narahat edir ki, bunların da başında faizlə işləyən banklarda çalışan müsəlman qardaşlarımız gəlir. Məlumdur ki, faiz təkcə bank sektoru ilə məhdudlaşmayan və qlobal səviyyədə, eləcə də ölkəmizdə böyük bir iqtisadi sistemin onurğa sütununu təşkil edən iqtisadi sistemdir. Nəinki bank işçiləri, hətta işləməyənlər belə bu və ya digər şəkildə faiz çirkabına bulaşır. Elə Peyğəmbərin (s) hədislərində də faizin ümumi bəla olduğu qeyd edilir.

Bununla belə faizlə işləyən bank və ya şirkətlərdə çalışan möminlərin iş yerlərini tərk etmələri ilə nə belə bankların sayı azalır, nə də ortadan qalxır. Gələcəkdə islam maliyyəçiliyinin inkişaf etdirilməsi və ölkəmizdə də yayılması üçün bank sektorunu bilən möminlərə ehtiyac vardır. Artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində faizsiz banklar fəaliyyət göstərir. Gec-tez belə bank sistemi ölkəmizə də gələcəkdir. Onu da qeyd edək ki, banklarda heç də bütün işlər faizlə bağlı deyildir. Buna lizinq, vasitəçilik, qiymətli kağızlar və s. bank xidmət növlərini misal göstərmək olar. Bütün bunları nəzərə alan bir çox islam alimi möminlərin belə banklarda işləmələrinə icazə vermişlər. Mömin niyyətini düzgün və təmiz saxlamalı, qəlbində buna qarşı çıxmalıdır.

Həmçinin, bankda işləyən müsəlman ailəsini dolandırmaqda çətinlik çəkirsə, bu fiqhdə zərurət halı hesab edilir. Bu barədə Quranın “əl-Bəqərə” surəsinin 173-cü ayəsində belə buyurulur: “Kim məcbur qalarsa həddi aşmadan bunlardan yeməsində bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayan və rəhimlidir”.

Ən doğrusunu bilən Uca Allahdır.

Read Previous

Dində sol əl ilə yemək günahdırmı?

Read Next

Insan ürəyindən keçən heç də yaxşı olmayan fikirlərə görə nə dərəcədə məsuliyyət daşıyır və ya günah qazanır?

2 Comments

  • salam.men tam bawa duwe bilmedim.bankda iwlemek namaz qilancun gunahdi?

  • Aradan 10 il keçdi və islam bankciliği hələ də azerbaycanda yoxdur. Ama bu məqaləni yazıb o qədər ayət hədisdən sonra bu məsələ ilə bağlı əsas qəlbiniz təmiz olsun kimi bir fikirlə insanlara bankda işliyə biləcəyini deyən insan necə çirkin bir iş görüb. Allah hidayət nəsib eləsin. Faiz Allaha və resuluna muharibə açmaqdır. Allahdan qorxun. Faizdən və banklardan uzaq durun.

Leave a Reply to Kamo. Cancel reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.