• 24 Dekabr 2024

Namaz qılarkən insanın fikrinin dağılması

Namaz qılarkən insanın fikrinin dagılması günahdırmı?

Namazda huşu içində olmaq – həmin namazı səmimi, ixlas içində qılmaq deməkdir. Huşuda olmaq hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha itaət mənasına gəlir. Biz insanların namazda yaşayacağı ruh halıda elə budur. Namazı huşu içində qılmaq bir çox ayə və hədislərdə buyulur. 5 vaxt qıldığımız namazı gündəlik həyatımızda vərdiş halına gətirməməliyik. Tam əksinə, Allah üçün yerinə yetirdiyimiz bu ibadət bizə hər dəfə yeni həyəcan və şövq verməlidir. Quranda möminlərin namazlarını huşu içində qıldıqları bildirilir:

“Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!),O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (Muminun 1-2).

Oxuduğumuz ayələrə, surələrə diqqət etməliyik. Əks təqdirdə sərxoş adamın namaz qılması ilə bizim namaz qılmağımız arasında heç bir fərq olmaz. Halbuki, Allah(cc) Quranda buyurur: “Sərxoşkən namaza yaxınlaşmayın” (Nisa 43)

Şüursuz, düşünülmədən, qeyri-səmimi olaraq  Allaha yönələrək yerinə yetirilən ibadətlər, ola bilsin ki, Allah dərgahında heç bir qiyməti olmasın. İnsanın yerinə yetirdiyi ibadət onun Allaha olan  yaxınlığını, təqvasını artırır. Allah(cc) cəhənnəmliklərdən xəbər verərək belə buyurur: “Sizi cəhənnəmə sürükləyən səbəb nədir? Dedilər ki,- “Biz namaz qılanlardan deyildik, kasıblara yemək verməzdik, batilin içində yox olub gedənlər ilə birlikdə biz də yox olub gedərdik” (Mudəssir/ 42-45)

Əhməd bin Hənbəl, Təbərani və İbni Hibbana görə Peyğəmbərimiz (s.a.s.) bir gün namazdan bəhs edərkən belə buyurdu: “Kim namaza davam edərsə, o özünə qiyamət günündə nur, qurtarıcı olur. Əksinə, namazına önəm verməyənlərə nə nur, nə də bələdçi qurtarıcı olur! Belə bir kimsənin qiyamət günü dostları Harun, Firon, Haman və Ubeyy ibni Half olur.”

İbni Macəyə görə Peyğəmbərimiz (s.a.s.) buyurur ki: “Uca Allah(cc) belə buyurur: “Ümmətimə 5 vaxt namaz fərz qıldım və bu namazları hər zaman vaxtında qılanları Cənnətə qoyacağıma dair söz verdim.Fəqət beş vaxt namazı doğru qılmayanlara verilmiş heç bir sözüm yoxdur””

Namaz zamanı ayaqda olduqda səcdə yerinə, rükuda ikən ayaq uclarına, səcdədə ikən burun ucuna, oturarkən əllərin arasına baxmaq lazımdır. Bunlara riayət etdikdə, ətrafa nəzər salınmazsa fikir daha asan toplanar, huşu halı hasil ola bilər. Aşağıdakı hallar namazı pozar:

1. Namazada danışmaq (burada namaza aid olmayan, dünyəvi ifadələr nəzərdə tutulur)

2. Namazdan kənar hərəkətlər (biriylə salamlaşmaq və s.)

3. Üzünü qiblədən çevirmək

4. Yeyib-içmək

5. Heç bir səbəb olmadan boğazını arıtlamaq və səbəbsiz öskürmək

6. Ah, uh və sair kimi nidalardan istifadə etmək

7. İnləmək

8. Gülmək (sadəcə təbəssüm namazı pozmaz)

9. Quranı üzündən oxumaq

10. Təyəmmümlü halda namaz qılarkən istifasi mümkün olan suyun görülməsi

11. Hər hansı bir səbəblə dəstəmaz pozularsa namaz da pozular

Son olaraq onu qeyd edək ki, namazda insanın fikrinin dağılması şeytandandır.Şeytan insanın namazını da əlindən almaq üçün müxtəlif yollara əl atır.Əsas olan odur ki, biz insanlar bütün diqqətimizi namaza yönəldək, xətalar etmədən, huşu içində namazımızı əda edək. Allah (cc) hər birimizə kömək olsun. Amin!

Read Previous

Şərait yoxdursa, təyəmmüm qüslü əvəz edirmi?

Read Next

Zəm-zəm quyusunun sirləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.