• 19 Mart 2024

ÖLKƏMİZ BEYNƏLXALQ QURAN MÜSABİQƏSİNDƏ TƏMSİL EDİLƏCƏK

Türkiyə Respublikasında “VII Beynəlxalq Hafizlik və gözəl Quran oxuma müsabiqəsi” keçiriləcək. 68 ölkədən 121 hafiz və qarinin iştirak edəcəyi müsabiqədə Azərbaycan da təmsil ediləcək. Bu barədə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin rəsmi facebook səhifəsində məlumat verilib:  

“Türkiyə Respublikasında keçirilən VII beynəlxalq gözəl Quran oxuma və hifz müsabiqəsində ölkəmizi Heydər məscidinin imam müavini Rza Rzayev və Qəbələ rayonu Nohurqışlaq kənd məscidinin imamı İlham Məmmədov təmsil edəcək.
Qeyd edək ki, 20-27 may tarixində keçiriləcək müsabiqədə 68 ölkənin nümayəndələri iştirak edəcək. Hər iki iştirakçıya uğurlar arzulayırıq.” – deyə açıqlamada bildirilib. 

Qeyd edək ki, Qəbələ rayonu Nohurqışlaq kənd məscidinin imamı İlham Məmmədov Şəki İslam Mədrəsəsinin (indiki Şəki İslam Kollecinin) hafizlərindəndir.

Read Previous

ADPU-da Tələbələrə “Radikalizmin Qurbanı Olma!” Adlı Seminar Keçirilib

Read Next

Şəkidə “Radikalizmin Qurbanı Olma!” Devizi Altında Təlim Keçirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.