• 22 Dekabr 2024

Ömür sərmayəmizi qısa bir hesaba çəkək

omur_muhasebesi2Ömür, hər an tükənməkdə olan məhdud bir sərmayədir. İnsan, bu dünyada məqsədsizcə yaradılmış və başıboş buraxılmış bir varlıq deyildir. Sadəcə imtahan üçün gəldiyimiz bu dünyada, hər fani kimi bir gün ölümlə üzləşəcək və axirət aləminə köçəcəyik.
Bu baxımdan insanın, ona verilmiş olan əmanətə sahib çıxaraq, var oluş hikmətinə və insanlıq xüsusiyyətinə yaraşan bir həyat yaşaması vacibdir. Heç şübhəsiz ki, bu həyat da, Quran-ı Kərim və Peyğəmbər əfəndimiz (səv)-in sünnəsi istiqamətindəki bir həyatdır.
Ayəti kərimədə, “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər…”(əl-Ənkəbut, 45) buyrulmuşkən, biz namazlarımızı qüsursuz və xüsusilə camaatla qılmaq üçün nə qədər səy göstəririk?
Dost-tanışlarımızla görüşmək üçün müəyyən bir vaxt təyin etdiyimizdə, insanlarla öz aramızda olan anlaşmalarımızda göstərdiyimiz diqqət və həssaslığın, görəsən nə qədərini Rəbbimizlə rabitə demək olan namaz vaxtlarına göstərə bilirik?
“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin…”(əl-Əraf, 31) əmrinə tabe etmək üçün, namaz qılarkən Ən Uca Dostun hüzuruna çıxmaq həssaslığı ilə, paltarlarımızın ən gözəlini geyinə bilirikmi? Yoxsa, ancaq toy və düyün məclislərinə gedərkənmi buna əhəmiyyət göstəririk?
Yenə hər hansı məclisə getmədən əvvəl güzgü qarşısında xərclədiyimiz vaxtın, görəsən nə qədərini Cənabı Haqqın hüzuruna çıxarkən etdiyimiz hazırlıqlar üçün göstəririk?
“Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!”(Ali-İmran, 92) buyrulmuşkən, əlimizdəki imkanların nə qədərini özümüz üçün, nə qədərini da bizim ətrafımızda olan lakin bizə zimmetli olan və bizə möhtac qardaşlarımız üçün sərf edirik?
Çünki İslam alimləri, yer üzünün hər hansı bir bölgəsində zülm görən, əsir olan və ya əzilən din qardaşlarına kömək etməyə qadir olub, ancaq, kömək etməyən müsəlmanların, böyük bir günaha girəcəkləri barəsində ittifaq etmişlərdir.
Bu gün Suriya, Qəzza, Afrika və digər İslam diyarlarındakı din qardaşlarımızın halı çox acınacaqlıdır. Heç şübhəsiz ki, bu hal hamımızı vicdan sorğu-sualına sövq etməsi lazım olan, ilahi bir imtahan cədvəlidir!
“Yetimə zülm etmə! Dilənçini də əsla danlama. “(Əd-Duha, 9-10) buyrulmuşkən, bir yetim görəndə, o yetim bizləri hissi olaraq Peyğəmbər Əfəndimizə qədər aparır mu? Əgər Əfəndimiz (səv)-in də bir yetim olaraq dünyaya gəldiyini xatırlamır və yetimlərə qarşı vəzifələrimizi fikirləşə bilmiriksə imanımızın tələb etdiyi şəfqət və mərhəmət həssaslığı nöqtəsində könüllərimizi hesaba çəkməyin zamanı gəlmiş deməkdir.
“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.” (Əl-İnsan, 8) buyuraraq o qulların din qardaşlarını özlərindən üstün etdiklərini bəyan etməkdədir. Yaxşı, bizim seçimimiz necə olmalıdır? Özümüzü yoxsa qardaşımızı üstün tutmalıyıq?
“Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)”(Ət-Tövbə, 119) əmri ilahisinə itaət etmək üçün nə qədər səy göstəririk?

Mənbə:islamveihsan.com

Read Previous

Sadəcə Allah üçün işlənən əməl

Read Next

Əl-Əla (ƏN UCA) Surəsi təfsiri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.