• 08 Oktyabr 2024

Peyğəmbərimiz (səv)-dən nümunəvi dualar

duaAbdullah bin Abbas (r.a)-dan rəvayətə görə Peyğəmbər əfəndimiz (səv)-in dualarından biri bu dua idi:

اَللّٰهُمَّ اجْعَلْ فِى قَلْبِى نُورًا وَفِى بَصَرِى نُورًا وَفِى سَمْعِى نُورًا وَعَنْ يَمِينِى نُورًا وَعَنْ يَسَارِى نُورًا وَفَوْقِى نُورًا وَتَحْتِى نُورًا وَاَمَامِى نُورًا وَخَلْفِى نُورًا وَاجْعَلْ لِى نُورًا -وَفِي رِوَايَةٍ- عَصَبِى وَلَحْمِى وَدَمِى وَشَعْرِى وَبَشَرِى

Mənası: Allahım! Qəlbimə böyük bir nur ver; gözümə bir nur, qulağıma bir nur ver; sağıma bir nur, soluma bir nur ver; üstümə bir nur, altıma bir nur ver; önümə bir nur, arxama bir nur ver; mənə böyük bir nur ehsan eylə!

Digər bir rəvayətdə bu əlavə vardır: “Sinirlərimə bir nur, ətimə bir nur, qanıma bir nur ver; saçlarıma bir nur, dərimə bir nur ver!
Rəsulullah -sallallahu əleyhi səlləm- duasında bunları söyləyərdi. (Buxari, Dəavat, 9; Müslim, Müsafirin, 181)
Muğîre bin Şu’be (r.a)-dan rəvayətə görə Peyğəmbər əfəndimiz (səv)-in dualarından biri bu dua idi:
لٰا اِلٰهَ اِلَّا اللّٰهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اَللّٰهُمَّ لَا مَانِعَ لِمَا اَعْطَيْتَ وَلَا مُعْطِىَ لِمَا مَنَعْتَ وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ
Mənası: Allahdan başqa heç bir tanrı yoxdur, yalnız O vardır. O təkdir şəriki (ortağı) yoxdur. Mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir! Hər şeyə gücü yetər. Allahım! Sənin verdiyinə mane olacaq yoxdur, Sənin dəfetdiyini verəcək yoxdur. Sərvət sahiblərinə Sənin qatında malları fayda verməz. (Ancaq saleh əməlləərindən fayda görürlər.) (Buxari, Azan, 155, Dəavat, 18; Müslim, Salat, 193; Tirmizi, Salat, 180; Muvatta , Qədər, 8; İbn Hənbəl, Müsnəd, III, 87)
Abdullah bin Abbas (ra)-dan rəvayətə görə RəsuliƏkrəm(səv)-ə bəzi kəslər gəlib:İnsanlar; yəni Əbu Süfyan yoldaşları sizinlə müharibə etmək üçün adam silah toplamışdır, hazırlıq etmişdir. Onlara qarşılıq edəcək dərəcədə gücünüz yoxdur. Onlardan çəkinin. Deyə qorxutmaq istədiklərində, bu söz möminlərin imanlarını cəsarətlərini artırıb, NəbiyyiƏkrəm (səv) əfəndimiz :

حَسْبُنَا اللّٰهُ وَنِعْمَ الْوَكِيلُ

Allah bizə kifayətdir, o gözəl vəkildir!Buyurdu. Möminlər belə söylədilər. (Buxari, Təfsir, 3/13; Vahidi, Əsbabı Nüzul, s. 135)
Enes bin Malik (ra)-dan rəvayətə görə peyğəmbər əfəndimiz (səv) əfəndimiz çox vaxt belə dua edərdi:
اَللّٰهُمَّ رَبَّنَا اٰتِنَا فِى الدُّنْيَا حَسَنَةً وَفِى الْاٰخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ
Mənası: Allahım! Ey Rəbbimiz! Bizə dünyada da yaxşılıq gözəllik ver, axirətdə yaxşılıq gözəllik ver bizi cəhənnəm əzabından qoru! (Buxari, Təfsir 38, Dəavat 55; Müslim, Zikr 23, 26, 27; əlBəqərə, 201)
Ebû Musâ el-Eş’ârî (ra)-dan rəvayətə görə peyğəmbər əfəndimiz (səv) əfəndimiz belə dua edərdi:
اَللّٰهُمَّ اغْفِرْ لِى خَطِيئَتِى وَجَهْلِى وَإِسْرَافِى فِى أَمْرِى وَمَا أَنْتَ اَعْلَمُ بِهِ مِنِّى اَللّٰهُمَّ اغْفِرْ لِى هَزْلِى وَجِدِّى وَخَطَائِى وَعَمْدِى وُكُلُّ ذٰلِكَ عِنْدِى
Mənası: Allahım! Mənim səhvlərimi, cəhalətlə etdiklərimi, işlərimdə həddi aşmamı məndən daha yaxşı bildiyin qüsurlarımı bağışla! Allahım mənim lətifələrimi, ciddiyətimi, səhvən etdiklərimi qəsdən etdiklərimi bağışla! Bütün bu qüsurların məndə olduğunu etiraf edirəm. (Buxari, Dəavat, 60; Müslim, 70)
Hər kim gündə 100 dəfə
لٰا اِلٰهَ اِلَّا اللّٰهُ وَحْدَهُ لٰا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ
Mənası: Allahdan başqa heç bir tanrı yoxdur, yalnız O vardır. O təkdir şəriki (ortağı) yoxdur. Mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir! Hər şeyə gücü yetər. Desə o kimsə üçün on kölə azad etmiş savabı verilir, yüz həsənə yazılır, yüz günahı silinər, o gün axşam olana qədər bu ona şeytana qarşı sipər olur. Heç bir kimsə mükafat baxımından onu keçə bilməz, ancaq bunu ondan çox söyləyən kimsə müstəsna. (Buxari, Azan, 155; Təcridi Sarih Tərc. 2 / 910-915)
اَللّٰهُمَّ بِعِلْمِكَ الْغَيْبِ وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ أَحْيِنِى مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِى وَتَوَفَّنِى اِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِى. اَللّٰهُمَّ وَاَسْأَلُكَ خَشْيَتَكَ فِى الْغَيْبِ وَالشَّهَادَةِ وَاَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِى الرِّضَاءِ وَالْغَضَبِ وَاَسْأَلُكَ الْقَصْدَ فِى الْفَقْرِ وَالْغِنَى وَأَسْأَلُكَ نَعِيمًا لَا يَنْفَدُ وَاَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لَا تَنْقَطِعُ وَأَسْأَلُكَ الرِّضَا بِالْقَضَاءِ وَاَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ وَاَسْأَلُكَ لَذَّةَ النَّظَرِ اِلَى وَجْهِكَ وَالشَّوْقَ اِلَى لِقَائِكَ فِى غَيْرَ ضَرَّاءَ مُضِرَّةٍ وَلَا فِتْنَةٍ مُضِلَّةٍ. اَللّٰهُمَّ زَيِّنَّا بِزِينَةِ الْاِيمَانِ وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ
Mənası: Allahım! Qeybi bilmən məxluqatın üzərində sahib olduğun qüdrət haqqı üçün, həyat mənim üçün xeyirli olduğu müddətcə məni yaşat, vəfat etmək mənim üçün xeyirli olduğunda da məni vəfat etdir.Allahım! Gizlində açıqda da Səndən qorxmağı istəyirəm, riza qəzəb halında haqq sözdən ayrılmamaq istəyirəm, kasıblıq zənginlikdə qənaətli orta yol üzrə olmağı istəyirəm.

Səndən tükənməyən bir nemət (axirət nemətlərini) istəyirəm. Səndən sona çatmayan bir göz nuru (nəslimin məndən sonra gözəl bir şəkildə davam etməsini, namazlarımı ən gözəl şəkildə əda edə bilmək məhəbbəti, dinclik və səadəti) istəyirəm.

Səndən, təyin etdiyin qədərə riza göstərə bilməyi istəyirəm. Səndən, öldükdən sonra huzûr sakitlik içində bir həyat istəyirəm. Səndən camalına baxmanın ləzzətini və Sənə qovuşma şövqü istəyirəm. Bütün bunları sabredilə bilməyəcək bir zərər dəlalətə salıcı bir fitnədən uzaq olaraq verməyini istəyirəm.

Allahım! Bizi iman zinəti ile bəzə bizi doğru yolda gedən hidayət rəhbərləri eylə! (Nəsai, Sehv, 62; İbn Hənbəl, IV, 264; Hakim, I, 705)

Ey Əbu Bəkrin qızı! Sənə digər duaları da içində yığan bir dua öyrədim mi? Belə dua et:
اَللّٰهُمَّ إِنِّى أَسْاَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ عَاجِلِهِ وَاٰجِلِهِ مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ عَاجِلِهِ وَاٰجِلِهِ مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ. اَللّٰهُمَّ إِنِّي أَسْاَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ. اَللّٰهُمَّ إِنِّى أَسْاَلُكَ الْجَنَّةَ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ وَأَعُوذُ بِكَ مِنَ النَّارِ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِى خَيْرًاMənası:Allahım! Mən xeyrin hər növünü; tez olanını gec olanını, bildiyim bilmədiyim hər cür yaxşılığı Səndən istəyirəm. Hər cür şərdən; tez olanından gec olanından, bildiyim bilmədiyim bütün pisliklərdən Sənə sığınıram.

Allahım! Mən Səndən, qulun Peyğəmbərinin istədiyi xeyri istəyirəm. Qulun Peyğəmbərinin sığındığı şərdən Sənə sığınıram.

Allahım! Mən Səndən cənnəti cənnətə yaxınlaşdıran söz və ya əməli diləyirəm. Cəhənnəm atəşindən cəhənnəmə yaxınlaşdıran söz və ya əməldən Sənə sığınıram. Mənim üçün hökm hər qəza (qədəri) xeyirli etməyini niyaz edirəm. (Bax. İbni Macə, Dua, 4; İbn Hənbəl, VI, 134; Suyuti, əlCamiusSağir, no: 5506)

Sənə bir qisim sözlər öyrədimmi ki, Allah Təala kimin xeyrini murad edərsə onları ona öyrədər, sonra əbədi olaraq unutdurmaz. De ki:

اَللّٰهُمَّ اِنِّى ضَعِيفٌ فَقَوِّ فِى رِضَاكَ ضَعْفِى وَخُذْ إِلَى الْخَيْرِ بِنَاصِيَتِى وَاجْعَلِ الْاِسْلَامَ مُنْتَهَى رِضَاىَ. اَللّٰهُمَّ اِنِّى ضَعِيفٌ فَقَوِّنِى وَاِنِّى ذَلِيلٌ فَأَعِزَّنِى وَاِنِّى فَقِيرٌ فَارْزُقْنِى

Mənası:Allahım! Mən zayifəm, zəifliyimi Sənin razılığını qazanma xüsusunda möhkəmləndir. Məni xeyirə sevkeylə! İslamı razılığımın ən son nöqtəsi et!
Allahım! Mən zayıfım, məni qüvvətləndir; insanlar arasında kiçik görülürəm, məni izzət sahibi eylə! Mən möhtacam, məni rızıqlandır. (Suyuti, əlCamiusSağir, no: 2882; Hakim, əlMüstədrək, I, 708/1931)
اَللّٰهُمَّ اِنِّى اَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ وَالْجُبْنِ وَالْهَرَمِ وَالْقَسْوَةِ وَالْغَفْلَةِ وَالْعَيْلَةِ وَالذِّلَّةِ وَالْقِلَّةِ وَالْمَسْكَنَةِ وَاَعُوذُ بِكَ مِنَ الْفَقْرِ وَالْكُفْرِ وَالْفُسُوقِ وَالشِّقَاقِ وَالنِّفَاقِ وَالسُّمْعَةِ وَالرِّيَاءِ وَاَعُوذُ بِكَ مِنَ الصُّمَمِ وَالْبُكْمِ وَالْجُنُونِ وَالْجُذَّامِ وَالْبَرَصِ وَسَيِّىءِ الْاَسْقَامِ
Mənası: Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, xəsislikdən, yaşlılığın gətirdiyi taqətsizlik bezdiricilikdən, qatı kqəlblilikdən, qəflətdən, yoxluqdan, zillətdən, mal xeyir azlığından, meskenetten (pis haldan) Sənə sığınıram. Nəfsin doymaq bilməyən ehtiyac hissindən, küfrdən, fasıqlıktan, haqqa müxalifətdən ayrılıqdan, nifaqdan, süm’adan (əməlləri insanların eşitməsi üçün etməkdən), riyadan Sənə sığınıram. Karlıqdan, dilsizlikdən, dəlilikdən, hər cür pis xronik xəstəliklərdən Sənə sığınıram. (Buxari, Təfsir, 16/1; Suyuti, əlCamiusSağir, no: 1489; Hakim, əlMüstədrək, I, 712 / 1944)
Rəsulullah (səv) duasında belə buyururdu:
اَللّٰهُمَّ اجْعَلْنِي مِنَ الَّذِينَ إِذَا أَحْسَنُوا اِسْتَبْشَرُوا وَإِذَا أَسَاءُٓوا اِسْتَغْفَرُوا
Mənası:Allahım! Məni, yaxşılıq etdiyində sevinən, pislik etdiyində isə dərhal səhvini anlayıb istiğfar edən qullarından et! (İbni Macə, Ədəb, 57; Suyuti, əlCamiusSağir, no: 1462)
Əksəri duaları:
يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِى عَلَى دِينِكَ
Mənası:Ey qəlbləri çəkib çevirən Rəbbim! Qəlbimi dinin üzərində sabit et. (Tirmizi, Dəavat, 85)
Mənbə:
Mahmud Sami Ramazanoğlu: dualar və zikirlər

Read Previous

İffət internetdən əvvəl da vardı

Read Next

Suriyalı qızın ölmədən öncə yazdığı son məktub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.