• 22 Dekabr 2024

Peyğəmbər əfəndimiz (səv)-in ilk cümə xütbəsi

KUBAQubada on dörd gün qonaq olaraq qaldıqdan sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) və yoldaşları, Mədinəyə hərəkət etdilər. Günlərdən cümə idi. Günorta vaxtı “Ranuna Vadisinə” çatanda, namaz vaxtı girmişdi. Allah Rəsulu (səllallahu əleyhi və səlləm) dəvəsindən endi və İslamın iqtidarının bir əlaməti olaraq fərz qılınan “cümə namazını” qıldırdı. Peyğəmbər əfəndimiz hz. Məhəmməd (səv)-in həmin cümə xütbəsini sizlərə təqdim edirik:

1-ci xütbə:
“Ey insanlar!
Ölmədən əvvəl tövbə edin, fürsətiniz varkən saleh əməllər işləyin! Gizli və aşkar bir şəkildə bolca sədəqə vermək və Allahı çox çox zikr etməklə Rabbinizlə aranızdakı münasibətləri düzəldin! Belə etsəniz, ruziləndirilər, kömək görər və qaçırmış olduğunuz şeyləri əldə edərsiniz.
Bilin ki, Allah, bu ilinizin bu ayında, bu yerdə sizə qiyamətə qədər «cümə namazı» nı fərz etmişdir. Adil olsun-olmasın, başında bir imam varkən mənim sağlığımda və ya məndən sonra hər kim önəmsəməyərək və ya inkar edərək bu namazı tərk etsə, onun iki yaxası bir araya gəlməsin! Və Allah, onun işlərini müvəffəqiyyətə çatdırmasın! O kimsənin başqa namazı yoxdur, tövbə edənlər müstəsna. Çünki kim tövbə etsə, Allah onun tövbəsini qəbul edər. “(İbn-i Macə, İqamə, 78)
“Ey insanlar!
Sağlığınızda axirətiniz üçün hazırlıq görün! Şübhəsiz hər biriniz öləcək və sürüsünü çobansız buraxacaq. Sonra Allah, ona tərcümansız və vasitəsiz olaraq deyəcək ki: «Mənim Rəsulum gəlib sizə əmrlərimi bildirmədi mi? Mən sənə mal-mülk verdim, bir çox yaxşılıqlar, ikramlar etdim; sən özün üçün nə gətirdin? »
Bu sual ilə qarşılaşan hər kəs, sağa-sola baxacaq bir şey görməyəcək, önünə baxdığı zaman cəhənnəmi görəcək…
O halda oyanın! Kimin yarım xurma ilə də atəşdən qorunmağa gücü çatırsa, onu etsin! Kim ki o yarım xurmanı tapmasa, heç olmasa, şirin bir söz söyləyərək yaxşılıq etməyə çalışsın! Çünki bir yaxşılığa on mislindən yeddi yüz mislinə qədər savab verilər.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun! “(İbn-i Hişam, I, 118-119, Beyhəqi, Delaili, II, 524)

2-ci xütbə
“Allaha həmd edirəm və Ondan kömək diləyirəm. Nəfslərimizin şərrindən və əməllərimizin pisliklərindən Allaha sığınırıq. Allahın doğru yola çatdırdığını kimsə əyri yola apara bilməz, azdırdığını da kimsə doğru yola çatdıra bilməz.
Şəhadət edirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O, birdir, ortağı yoxdur. Sözlərin ən gözəli Allahın kitabıdır. Allah, kimin ürəyini Quranla bəzəyər və onu küfrdən sonra İslamla şərəfləndirər və o da Quranı başqa sözlərdən üstün tutarsa o kimsə muradına çatacaqdır.
Doğrusu Allahın kitabı, sözlərin ən gözəli və ən bəlağətlisidir.
Allahın sevdiyini sevin! Allahın kəlamından və Onu zikr etməkdən qaçınmayın. Allahın kəlamından ürəyinizə darlıq gəlməsin! Çünki Allahın kəlamı, hər şeyin ən doğrusunu ən gözəlini bizə göstərər. Əməllərin xeyirlisini, qulların seçkini olan peyğəmbərləri, hekayələrin ən gözəl və ibrətlilərini anladar. Halal və haramı açıqlayar.
Siz ancaq Allaha ibadət edin və Ona heç bir şeyi ortaq qoşmayın! Ondan haqqı ilə çəkinin! Etdiyiniz yaxşı işləri diliniz təsdiqləsin! Allahın kəlamı ilə bir-birinizi sevin! Şübhəsiz bilin ki, Allah Təala, əhdini bozanlara qəzəb edər.
Allahın salamı üzərinizə olsun!” (Beyhəqi, Delaili, II, 524-525)
Bu xütbələr, İslamın etiqad, ibadət, əxlaq, davranış qaydaları kimi mövzularla dinin ümumi bir xülasəsi hökmündədir. Cümə namazının Hicrət əsnasında fərz qılınması müsəlmanların camaat halına gəlmələrinin əhəmiyyət və zərurətinə işarə etməkdədir.

Mənbə:islamveihsan.com

Read Previous

Peyğəmbər əfəndimiz (səv)-in uşaqlara olan sevgisi

Read Next

Quran deyir ki dini belə təbliğ et.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.