• 22 Dekabr 2024

Peyğəmbərlər hansı peşənin sahibi olub?

peshe-nam

Adəm (ə): İlk kənd təsərrüfatı mühəndisi və əkinçi idi.

Şit (ə): Xəllac (yun didən), ipəkçi, toxuculuq, hörücülük və toxuculuq sənayesinin ilk yaradıcısı idi.

İdris (ə): İynəni ixtira edən, ona dəlik açan, sap keçirən olduğuna görə dərzilərin və hazır geyim satanların öndəri hesab eldilir.

Nuh (ə): Dülgərlərin, gəmiçilərin, dənizçilərin öndəri idi.

Hud (ə): Tacir idi. Bütün tacirlərin öndəri hesab edilir.

Saleh (ə): Sürülərlə dəvə saxlayırdı. Südlərini həm içir, həm də satıb bununla dolanırdı. Saleh peyğəmbərin dəvəsi məşhurdur.

İbrahim (ə): Kəbəni yenidən tikməsilə, Hz Süleyman (ə) və Memar Sinanın öndəri olmuşdur.

Lut (ə): Tarixçi idi. Səyyahların və övliyaların öndəridir.

İsmail (ə): Dənizdə və quruda ov edərək həyatını təmin edirdi. Ovçuların öndəri hesab edilir. Yetmiş dil bilirdi.

İshaq (ə): Çoban idi.

Yaqub (ə): Çoban idi.

Yusuf (ə): Saatı ilk ixtira edən, torpaq məhsulları ilə bağlı ticarəti ilk dəfə yaradan, bolluq dövründə toplamağı, qıtlıq zamanı isə insanlara paylamağı düşünən peyğəmbərdir.

Əyyub (ə): Əkinçi idi.

Şüeyb (ə): Əkinçi idi.

Musa (ə): Çobanlıq etmiş, Şüeybin (ə) xidmətçisi olmuşdur. Böyük şəxsə xidmət etmək də peyğəmbər peşələrindən biridir.

Harun (ə): Vəzir idi.

Davud (ə): Dəmirçi idi. Zirehli geyimlər hazırlayır, daim ordular yaradır, Calutun ordularını məğlub edən komandandır.

Süleyman (ə): Əmir, hökmdar idi. Qamışlardan zənbil hazırlayırdı. Mis mədənini ilk dəfə üzə çıxaran odur.

Zülqifl (ə): Çörək bişirirdi, çörəkçilərin öndəri idi.

İlyas (ə): Toxucu və sap əyirənlərin öndəri idi.

Yunus (ə): Balıq ovlamaqla həyatını təmin edirdi. Balıqçıların öndəri idi.

Üzeyir (ə ): Bağban idi. Meyvə ağaclarını ilk dəfə calaq edən, fidan cücərdən, budama işlərini insanlara öyrədəndir. Bağ və həyət işlərilə məşğul olanların öndəri idi.

Loğman (ə): Həkimlik və əczaçılıq peşəsinin öndəri idi.

Zəkəriyyə (ə): Xarrat idi.

İsa (ə): Ovçu idi. Ov alətlərilə həyatını təmin edirdi. Ovçuların və həkimlərin öndəri idi.

Muhəmməd (s): Kiçik yaşlarında çobanlıq etmiş, sonra ticarətlə məşğul olmuş, cihadla məşğul olmuşdur.

 

 

 

 

din.az

Read Previous

Rusiya müsəlmanları üçün xoş xəbər

Read Next

“Sünni qardaşlarıma qarşı zülm və zorakılığa görə üzr istəyirəm” – Müqtəda əs-Sədr

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.