• 22 Dekabr 2024

Peyğəmbər (s) adi bəşərdirmi?

d
İlahiyyatçı yazar / Mahir Şəkərov.

Tarix boyu həmişə peyğəmbərləri, dini rəhbərləri gözdən salmağa cəhd ediblər. Nəticədə həmişə özləri xar olub və alçalıblar. Tarixin qara səhifələrinə gömülən İslam düşmənlərindən ibrət almayan ardıcıllarını da eyni aqibət gözləyir. Peyğəmbərə (s) adi bəşər deyənlərin əsl məkirli niyyətləri əslində o Həzrəti (s) adi şəxs kimi qələmə verib, daha sonra ona istədikləri əməl və sözləri asanlıqla nisbət verməkdir. Necə ki, bu iddianı edənlərin alim kimi qələmə verdikləri din düşməni Əbdülvəhhab deyirdi: “Mənim əsam peyğəmbərdən (s) daha xeyirlidir. Çünki ona söykənir və onunla ilan öldürürəm. Amma Muhəmməd (s) artıq ölüb heç kimə faydası yoxdur.” (Sələfiyyətul-Vəhhabiyyə səh 42)
Allah Rəsulu (s) haqda bu cür ədəbsizcəsinə danışanlara və bu fikri dəstəkləyənlərə nə cavab verəsən?!
İslam peyğəmbəri (s) haqda danışarkən “o da bir bəşərdir”, “o da adi insandır” deyənlərə və onların timsalında bütün bu əqidə və fikir daşıyıcılarına bir neçə sual ünvanlamaq istəyirdik. Buyursunlar elmi şəkildə, dəlillərlə cavab versinlər.
Sual 1: Kim iddia edir ki, peyğəmbər (s) bəşər deyil? Bu iddia harada və hansı alim tərəfindən qeyd edilib ki siz bu cür təşvişə düşübsüz?
Sual 2: Peyğəmbərin (s) bəşər olması yox onun bəşər olmaması qeyri adi olmalıydı. Qurandan dəlil gətirən sizlər, Quranın bu barədə buyuruğunu görməmisiniz? (Bax: Ənam 9, İsra 95, Furqan 20 və s)
Sual 3: Kəhf sürəsinin 110 –cu ayəsinin niyə ancaq birinci tərəfini keşmiş rəhbərləriniz kimi nizəyə taxıb bayraq edirsiniz? Nə üçün “Mən də sizin kimi bir bəşərəm” ifadəsindən sonrakı mətləbi demirsiniz? Çünki yaxşı bilirsiniz ki ayəni tam şəkildə desəniz etdiyiniz iddia batil və puç olacaq. Elə deyilmi?!
Kəhf 110:“De mən də sizin kimi yalnız bir bəşərəm. (lakin) mənə vəhy olunur…”
Gördüyünüz kimi peyğəmbərə (s) Quran buyuran kimi bəşərdə olsa ona vəhy olunur. Adi bəşərə də peyğəmbər (s) kimi vəhy olunurmu?
Sual 4:Quran peyğəmbərin (s) gözlərinə zəmanət verir. (Nəcm 17) Peyğəmbərdən (s) savayı hansı bəşərdə bu üstünlük var?
Sual 5: Quran peyğəmbərin (s) səadət yolunda olmasına və haqq əqidədə olmasına zəmanət verir. (Nəcm 2) Peyğəmbərdən (s) savayı hansı bəşərə bu zəmanət verilib?
Sual 6: Quran peyğəmbərin (s) sözlərinə zəmanət verir. (Nəcm 3-4) Peyğəmbərdən qeyri kimin sözünə Quran bu cür zəmanət verib?
Sual 7: Hansı bəşərin Hz Cəbrayıl kimi münisi yoldaşı, müəllimi olub? (Nəcm 5)
Sual 8: Hansı bəşər peyğəmbər (s) kimi Hz Cəbraili (ə) öz sürətində görüb? (Nəcm 6)
Sual 9: Hansı bəşər Allah Rəsulunun (s) ucaldığı ən üstün məqama ucaldı? (Nəcm 9)
Sual 10: Peyğəmbərdən savayı kimsə varmı ki, Allah onun canına –ömrünə and içsin? (Hicr 72)
Sual 11: Peyğəmbərdən (s) savayı bir bəşər varmı ki, Allah onun haqqında “ən üstün əxlaq sahibi sənsən” ifadəsini işlətsin? (Qələm 4)
Sual 12: Elə bəşər varmı ki, Allah mələkləri ona salam və salavat göndərsin? Allah və mələkləri peyğəmbərə (s) salam və salavat göndərdiyi halda (Əhzab 56) sənə nə gəlib ki, onun adından sonra salavat sözünü əks etdirən “S” hərfini belə yazmaqdan imtina edirsiniz?! Bu ədəbsizlik niyə?
Sual 13: Məgər sənin də etiqad bəslədiyin kitablarda yazılmayıb ki Xalid ibn Vəlid Yərmük müharibəsində dəbilqəsini itirir. Əmr verir ki, tez dəbilqəni tapsınlar. Dəbilqəni gətirdikdə Xalid ibn Vəlid deyir: Bu dəbilqədə Allah Rəsulunun (s) saçı var. Bu saçın vasitəsi ilə elə bir döyüş olmayıb ki, qələbə çalmayım. (Hakim Mustədrək c 3, səh 299)
Sual 14: Quran peyğəmbərin (s) qəlbinə zəmanət verir. Peyğəmbərdən (s) savayı hansı bəşərə bu zəmanət verilib? (Nəcm 11)
Əhli sünnə kitabları bu cür nümünələrlə dolu olduğu halda hansı əqidədən çıxış edib bu cür iddia edirsiniz?
Quranın məntiqinə əsasən peyğəmbərə (s) adi bəşər adını nisbət verənlərin əsl niyyətləri o həzrətin fəzilət və məqamını qəbul etməmək üçün gətirdikləri cılız bir bəhanədir. Həmin ayələri sizlərə təqdim edirik.
Hud sürəsi 27-ci ayə:“(Nuh) tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”
Muminun sürəsi 33-cü ayə: “Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrafı (tabeçiliyində olanlara) dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?)
İsra sürəsi 94 – cü ayə:“(Ya Rəsulum!) De: “Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!”
Furqan sürəsi 7-ci ayə: “(Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?”
Zuxruf sürəsi 31-ci ayə: “Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məsuda) nazil edilməli deyildimi?”
İsra sürəsi 93-96-cı ayələr: “Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ya Rəsulum!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
(Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” – demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir).
(Ya Rəsulum!) De: “Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!”
De: “Mənimlə sizin aranızda təkcə Allahın (peyğəmbərliyimin həqiqiliyinə) şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən (bəndələrinin bütün əməllərindən) xəbərdardır, (onların gizlində və aşkarda nələr etdiyini) görəndir!”

Read Previous

Cavabı bilinməyən sual

Read Next

Merac gecəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.