• 13 Noyabr 2024

Prezident inşa olunan məsciddə oldu

prezident--mescidin-tikintisinde-05

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 30-da Bakının Binəqədi rayonu ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleksinin layihəsinin baş planı əsasında prezidentə məlumat verib.

Bildirilib ki, layihə üzrə yeni məscidin ümumi sahəsi 4 min kvadratmetr təşkil edəcək. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcək. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaq. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur.

Dövlət başçısı inşaat sahəsini gəzib, tikintinin gedişi ilə maraqlanıb, müvafiq tapşırıqlarını verib.

 

 

/din.az/

Read Previous

Yarışma proqramlarından qazanılan pul haramdır yoxsa halal?

Read Next

Boşanmaların qarşısını almaq üçün “İrşad heyəti”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.